Sabah Zirə matçından ortaq yayın olacaq? PFL rəsmisi açıqladı
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mayın 13-də Bizon ölkə kubokunun final oyunu keçiriləcək. "Palms Sports Arena"da "Sabah"la "Zirə"ni qarşılaşacaq. Oyun saat 20.00-da start götürəcək.
Daha əvvəl tribunalarda anşlaq olacağını yazmışdıq. Ona görə ki, satışa çıxarılan 8161 biletdən artıq 6500-ü satlılıb. Böyük ehtimalla, matçın start fitinə qədər bütün biletlər tükənəcək.
Bəs, görüş harda yayınlanacaq? Yayının bir neçə telekanalda həyata keçirilməsi nəzərdə tutulub, yoxsa bu dəfə də yalnız "CBC Sport" iş başında olacaq? Matçı evdən, kofe və restoranlardan izləmək istəyənlərin çoxluğunu nəzərə alıb, bu məsələni araşdırdıq.
PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bu barədə "Football-plus.az"a açıqlama verdi:
"Bəli, oyunu yalnız "CBC Sport" yayınlayacaq. Başqa telekanallarla, eləcə də "İdman" TV ilə ortaq yayın planlaşdırılmır".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 11 May 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















