Sadə final, amma anşlaq… PFL “Sabah” “Zirə oyununa necə hazırlaşır?
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mayın 13-də Bizon ölkə kubokunun “Sabah”la “Zirə” arasında keçiriləcək final oyununa şahidlik edəcəyik. Xəbər verdiyimiz kimi, artıq biletlər satışa çıxarılıb.
Maraqlıdı, bəs biletlər komandalar arasında necə bölünəcək? Peşəkar Futbol Liqası final oyunuyla bağlı əyləncə, konsert proqramı hazırlayacaqmı?
Bu suallarla qurumun Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Sevindirici haldı ki, Bizon Azərbaycan kubokunun final matçına böyük maraq var. Satışa çıxarılan 8031 yerdən 6 minə yaxını satılıb. Biletlərin bölgüsündə hər iki komandaya tam bərabər yanaşma tətbiq edilib. Nominal ev sahibi olan “Sabah” və nominal qonaq “Zirə” üçün eyni sayda bilet ayrılıb. Hər iki klubun azarkeşləri üçün təxminən 1500 bilet nəzərdə tutulub və sektorlar əvvəlcədən konkret şəkildə bölünüb. Klublar bundan əlavə də bilet almaq imkanına malikdi. Sadə açılış mərasimi planlaşdırılır. Bununla yanaşı, final ab-havasının daha yaxşı hiss olunması üçün oyun günü stadionda müəyyən tədbirlər həyata keçiriləcək. Fan-zonalar təşkil olunacaq”.
Xatırladaq ki, “Palms Sports Arena”da keçiriləcək qarşılaşma saat 20.00-da start götürəcək. Biletlərin qiymətləri yerdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 (VIP Gold) manatdı.
KƏNAN BAHADIR
Baxış sayı:168
Bu xəbər 07 May 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















