Icma.az
close
up
RU
Sabahdan universitetlərə qeydiyyat başlayır: proses yalnız üzərindən aparılacaq

Sabahdan universitetlərə qeydiyyat başlayır: proses yalnız üzərindən aparılacaq

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə sabah start verilir. Abituriyentlər qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirəcəklər. Qeydiyyat 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-a qədər davam edəcək. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.

Abituriyent daha sonra “Güzəştli qəbul” bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. “Bəli” seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.

Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.

Abituriyentlər müraciətinin statusunu “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərlər. Müraciət “Ödəniş edilməlidir” statusunda olduqda təhsil haqqını “Onlayn ödə” funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi “Qəbzi yüklə” seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.

Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa “mygov” platforması üzərindən bildiriş vasitəsilə göndərilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Avqust 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri