Icma.az
close
up
RU
“Sabah“ın 148 yaşlı rəqibi “Mançester Yunayted“ parlaq tarixinin xiffətini çəkir TANITMA

“Sabah“ın 148 yaşlı rəqibi “Mançester Yunayted“ parlaq tarixinin xiffətini çəkir TANITMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu İngiltərənin köklü klublarından biri olan "Mançester Yunayted"ə qarşı keçirəcək.

Avropa futbolunun ən titullu və dünyada ən çox tanınan klublarından biri olan kollektiv Azərbaycan təmsilçisinin tarixində qarşılaşacağı ən məşhur rəqiblərdən biridir.

"Qırmızı şeytanlar" ləqəbi ilə tanınan Mançester təmsilçisi zəngin tarixi, titulları, əfsanəvi futbolçuları və "Old Trafford" stadionu ilə dünya futbolunun simvollarından sayılır.

1878-ci ildən başlayan tarix

"Mançester Yunayted"in əsası 1878-ci ildə qoyulub. Lakin klub həmin vaxt indiki adını daşımırdı. Komanda "Newton Heath LYR" adı ilə fəaliyyət göstərirdi.

Klub 1892/1893 mövsümündə İngiltərə çempionatına qoşulub. Maliyyə problemləri ilə üzləşən "Newton Heath"in taleyi XX əsrin əvvəllərində ciddi təhlükə altında olub. Klub yerli pivə zavodu sahibi Con Henri Devisin maliyyə dəstəyi ilə fəaliyyətini davam etdirə bilib.

1902-ci ildə isə komandanın adı dəyişdirilərək "Mançester Yunayted" olub.

"Qırmızı şeytanlar" 1907/1908 mövsümündə tarixində ilk dəfə ölkə çempionu adını qazanıb. Bir neçə il sonra, 1910/1911 mövsümündə komanda ikinci dəfə ölkə çempionu tituluna sahib çıxıb.

"Old Trafford" – "Arzuların teatrı"

"Mançester Yunayted"in adı çəkiləndə ilk yada düşənlərdən biri "Old Trafford" stadionudur. Klub 1910-cu ildə hazırkı stadionuna köçüb. Arenada ilk oyun həmin il fevralın 19-da keçirilib. Maraqlıdır ki, "Old Trafford"da baş tutan ilk matçda meydan sahibləri "Liverpul"a 3:4 hesabı ilə uduzub.

Stadion tarixən "The Theatre of Dreams" – "Arzuların teatrı" kimi də tanınır. Hazırda "Old Trafford" 74 233 tamaşaçı tutumuna malikdir və Böyük Britaniyanın ən böyük klub futbol stadionudur.

"Mançester Yunayted"in ən məşhur ləqəbi "The Red Devils" – "Qırmızı şeytanlar"dır.

Klubun embleminin əsas simvollarından biri də məhz qırmızı şeytandır. Komandanı bəzən sadəcə "United", "Reds" ("Qırmızılar") və ya "Man Utd" adlandırırlar.

1950-ci illərdə "Mançester Yunayted" İngiltərənin ən güclü komandalarından birinə çevrilib. Komanda 1952, 1956 və 1957-ci illərdə ölkə çempionu olub. Lakin 1958-ci ildə klub tarixinin ən faciəli hadisəsi yaşanıb. Fevralın 6-da klub təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 23 nəfər həyatını itirib. Onların arasında komandanın 8 futbolçusu da olub.

İlk Avropa kuboku və "Müqəddəs "üçlük"

Münhen faciəsindən 10 il sonra "Mançester Yunayted" tarixinin ən böyük uğurlarından birinə imza atıb.1968-ci ildə komanda Avropa Çempionlar Kubokunun finalında "Benfika"nı məğlub edərək bu turnirdə qalib gələn ilk İngiltərə klubu olub.

Həmin komandanın əsas simaları arasında Bobbı Çarlton, Corc Best və Denis Lou xüsusi yer tutub. Bu "üçlük" "Mançester Yunayted" tarixinin ən məşhur hücum xətlərindən birinə çevrilmişdi.

Ser Aleks Ferqyuson erası

"Mançester Yunayted" tarixinin ən parlaq dövrü isə, şübhəsiz ki, ser Aleks Ferqyusonun adı ilə bağlıdır.

Şotlandiyalı mütəxəssis 1986-cı ildə komandanın baş məşqçisi təyin edilib. İlk illər asan keçməsə də, 1990-cı ildə İngiltərə Kubokunun qazanılması Ferqyuson dövrünün dönüş nöqtələrindən biri idi.

1992/1993 mövsümündə "Mançester Yunayted" İngiltərə Premyer Liqasının ilk çempionu olub. Bu, həm də klubun yüksək liqada 26 illik çempionluq həsrətinə son qoyub. Ferqyusonun rəhbərliyi altında komanda Premyer Liqada 13 dəfə çempionluq qazanıb ki, bu da turnirin qırılmayan rekordudur.

Şotlandiyalı mütəxəssis 2012/2013 mövsümünün sonunda məşqçilik karyerasını başa vurub.

Dünya futbolunun ulduzları

"Mançester Yunayted" illər ərzində dünyanın ən məşhur futbolçularının formasını geyindiyi klublardan biri olub. Klub tarixinin məşhur adları arasında Bobbı Çarlton, Corc Best, Denis Lou, Erik Kantona, Rayan Giqqz, Pol Skoulz, Devid Bekhem, Roy Kin, Ueyn Runi və Kriştianu Ronaldu kimi futbolçular var.

2013-cü ildə ser Aleks Ferqyusonun istefasından sonra "Mançester Yunayted" əvvəlki sabitliyini qorumaqda çətinlik çəkib. Devid Moyes, Lui van Qal, Joze Mourinyo, Ole-Qunnar Sulşer və Erik ten Haq kimi məşqçilər komandaya rəhbərlik ediblər. Bu dövrdə klub bir sıra titullar qazansa da, Premyer Liqa çempionluğu Ferqyusonun gedişindən sonra hələ də əldə olunmayıb. Komandanın son Premyer Liqa çempionluğu 2012/2013 mövsümünə təsadüf edir.

2026-cı ildə isə Maykl Kerrik "Mançester Yunayted"in baş məşqçisi kimi fəaliyyətini davam etdirir.

Klub tarixi ərzində 20 dəfə ölkə çempionluğunu, 12 dəfə İngiltərə Kubokunu, 6 dəfə Liqa Kubokunu, 3 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Avropa Liqasını, 1 dəfə UEFA Kuboklar Kubokunu, 1 dəfə UEFA Superkubokunu, 1 dəfə FIFA klublararası dünya çempionatını, 21 dəfə İngiltərə Superkubokunu (Community Shield) qazanıb.

Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu sentyabrın 10-da keçiriləcək. /Report/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri