“Sabahın alimləri” müsabiqəsinə qeydiyyat davam edir
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir.
“Cebheinfo.az” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şagirdlər 26 dekabr 17:00-dək https://anket.edu.az/user/281 (Sorğuların idarə olunması platforması) üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.
Müvafiq keçidə kliklədikdən sonra şagird (kollektiv layihələrdə yalnız lider şagird) öz məlumatlarını daxil edir və daha sonra tələb olunan formaları müvafiq xanalara yükləyir.
Şagird həmçinin elmi rəhbərin, mövcud olduğu halda mütəxəssis alimin və köməkçi şagirdin məlumatlarını da sistemə daxil etməlidir.
Bütün formalar tam doldurulduqdan sonra annotasiya, sertifikasiya və layihənin tərtib forması yüklənir. Məlumatlar tam başa çatdırıldıqdan sonra qeydiyyat təsdiqlənərək tamamlanır. Hər şagird yalnız bir layihədə iştirak edə bilər.
Qeyd edək ki, müsabiqədə elmi tədqiqat aparmağa marağı olan və ciddi araşdırma xarakterli layihəyə malik 9 – 11-ci sinif şagirdləri müəyyən edilmiş 9 istiqamət üzrə (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) iştirak edə bilərlər.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 14 Noyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















