“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat davam edir
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər il ABŞ-da ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinin milli seçim turu olan “Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat prosesi davam edir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, IX-XI siniflər üçün nəzərdə tutulan müsabiqədə şagirdlər 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə layihələr hazırlamalıdırlar. Müsabiqədə şagirdlər fərdi və ya kollektiv (maksimum 2 şagird) iştirak edə bilərlər. Hər bir layihə üçün elmi rəhbər təyin olunur.
Qeydiyyat dekabrın 24-dək davam edəcək. Qeydiyyat prosesi yekunlaşdıqdan sonra bütün idarələr üzrə layihələr Elmi Ekspertiza Komitəsinə təqdim olunacaq. Növbəti mərhələdə (sərgidə) iştirakı məqbul hesab edilən şagirdlər layihələrini Münsiflər heyətinə təqdim etmələri üçün sərgiyə dəvət olunacaq. Müsabiqənin hər bir istiqaməti üzrə Münsiflər tərəfindən verilmiş qiymətlər əsasında qaliblər müəyyən ediləcək. Ballara uyğun olaraq, hər istiqamətdə I yerə 1 layihə (9 layihə), II yerə 2 layihə (18 layihə), III yerə 3 layihə (27 layihə) layiq görülə bilər. Müsabiqədə tam elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər.
Ətraflı məlumat institutun saytında yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Dekabr 2024 20:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















