Icma.az
close
up
RU
“Sabah”ın arzuolunan rəqibləri hansıdır? Mütəxəssislərin seçimləri

“Sabah”ın arzuolunan rəqibləri hansıdır? Mütəxəssislərin seçimləri

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan futbolunun son illərdəki ən böyük uğurlarından birinə imza atan “Sabah” üçün Avropa macərasında yeni mərhələ başlayır. Paytaxt təmsilçisi tarixində ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin liqa mərhələsində mübarizə aparacaq. Bu gün keçiriləcək püşkatmadan sonra “Sabah”ın liqa mərhələsindəki rəqibləri də müəyyənləşəcək. Komanda ümumilikdə 8 qarşılaşmaya – 4 ev və 4 səfər oyununa çıxacaq. Püşkatma zamanı “Sabah” hər səbətdən 2 olmaqla ümumilikdə 8 fərqli rəqiblə qarşılaşacaq. “Sabah”ın Avropanın ən nüfuzlu klub turnirindəki rəqiblərinin müəyyənləşməsinə saatlar qalıb. Püşkatma öncəsi futbol ictimaiyyətində əsas müzakirə mövzusu isə Azərbaycan təmsilçisinin qarşısına hansı komandaların çıxa biləcəyidir.

Biz də futbol sahəsində uzun illər təcrübəsi olan mütəxəssislərdən soruşduq: “Sabah”ın qarşısına hansı 8 komandanın çıxmasını istərdiniz?”

Mütəxəssislər həm “Sabah” üçün daha münasib, həm də azarkeşlər üçün maraqlı ola biləcək rəqiblərlə bağlı seçimlərini açıqlayıblar.

Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Arif Əsədov Modern.az-a hər səbətdən seçdiyi klubları belə açıqlayıb:

"1-ci səbətdən: “Barselona”, “Real Madrid”
2-ci səbətdən: “Brügge”, “PSV”
3-cü səbətdən: “Fənərbaxça”, “Şaxtyor”
4-cü səbətdən: “Slovan Bratislava”, “Vikinq”

“Sabah”ın rəqibləri ilə bağlı seçimlərimi edərkən ilk səbətdən “Real Madrid” və “Barselona”nı seçdim. Bu səbətdə onsuz da zəif komanda yoxdur. Ona görə də “Sabah”ın qarşısına böyük klublardan birinin çıxması həm futbol, həm də azarkeş marağı baxımından çox cəlbedici olardı. İkinci səbətdən isə “Brügge” və “PSV”-ni daha münasib rəqiblər hesab edirəm. Hər iki komanda güclü olsa da, digər alternativlərlə müqayisədə “Sabah” üçün daha real rəqib ola bilər. Üçüncü səbətdən “Fənərbağça” və “Qalatasaray”ı seçməyimin əsas səbəbi isə bu iki Türkiyə klubundan biri ilə “Sabah”ın qarşılaşmasını görmək istəyimdir. Belə bir oyun həm Azərbaycanda, həm də Türkiyədə böyük maraq doğura bilər. Digər seçimim isə “Şaxtyor”dur. Dördüncü səbətdən isə “Vikinq” və “Slovan Bratislava”nı seçdim. Düşünürəm ki, bu komandalar “Sabah”ın gücünə uyğun rəqiblərdir və Azərbaycan təmsilçisinin bu cür komandalarla mübarizədə yaxşı nəticə əldə etmək şansı kifayət qədər yüksəkdir”- veteran futbolçu, deyib.

Futbol eksperti Rəsul Allahverdiyev də öz seçimlərini bizimlə bölüşüb:

"1-ci səbətdən: “İnter”, “Atletiko Madrid”
2-ci səbətdən: “Brügge”, “Real Betis”
3-cü səbətdən: “Fənərbaxça”, “Qalatasaray”
4-cü səbətdən: “Vikinq”, “Komo”

Birinci və ikinci səbətdə bütün klublar ən yüksək səviyyədədir. İngilis klubları hal hazırda yerli liqanın yüksək tempinə görə, səviyyə baxımından əlçatmaz səviyyədir. Bundan əvvəl "Qarabağ" ilə bu təcrübələri yaşamışıq. Atletiko sistemi illərdir bəlli olan komandadır. Təhlil edib oynamaq olar. İnter italyan praqmatikasını təmsil edir. Keçmişdə bu kluba qarşı "Neftçi"nin səfər heç-heçəsi olub,"Qarabağ" yaxşı müqavimət göstərib. Digər səbətlərdə də "Sabah"ın dişinə uyğun olan komandaları seçdiyimi düşünürəm. Üçüncü səbətdən türk klublarını seçdim. "Qalatasaray" bir oyunçunun çiynində gedən komandadır, "Fənərbaxça" da Avropada həmişə özündən heyət baxımında zəif komandalara qarşı uğursuz qrafik cızıb”.

İTV-nin şərhçisi Tural Dadaşovun fikrincə, Bakıda görmək istədiyi və “Sabah” üçün əlverişli komandalar belədir:

"1-ci səbətdən: “Bavariya”, “Real Madrid”
2-ci səbətdən: “Mançester Yunayted”, “Brügge”
3-cü səbətdən: “Şaxtyor”, “Feyenoord”
4-cü səbətdən: “Slovan Bratislava”, “Vikinq”

İlk səbətdə əsasən belə düşündüm ki, hansı komandaların oyunları böyük maraq yarada bilər, hansı komandalar daha çox gözlənilir. Bavariyanı mən özüm azarkeşi olduğum üçün seçmişəm, onu xüsusilə istəyirəm. Real Madrid isə təbii ki, turnirdə ən çox azarkeşi və marağı olan komandalardan biridir. İkinci səbətdə də Mançester Yunaytedi eyni səbəbdən seçdim. Düşünürəm ki, bu komandaların oyunları həm “Sabah”ın dünyada daha çox tanınmasına, həm də Azərbaycan futbolunun təbliğinə böyük töhfə verə bilər. Eyni zamanda, Azərbaycanda da bu oyunlara böyük maraq yaranacaq. Mançester Yunayteddən sonra seçdiyim digər komandaları isə artıq “Sabah”ın xal qazanmaq şanslarını nəzərə alaraq müəyyənləşdirmişəm. “Brügge”, “Şaxtyor”, “Slovan”, “Vikinq” və “Feyenoord” kimi komandalarla oyunlarda, mənə görə, digər rəqiblərlə müqayisədə xal qazanmaq ehtimalımız bir qədər yüksəkdir. Seçimimi də əsasən bu baxımdan etmişəm”.

Sabiq futbolçu Aslan Kərimov isə seçimləri haqda bunları deyib: 

"1-ci səbətdən: “İnter”, “Barselona”
2-ci səbətdən: “PSV”, “Roma”
3-cü səbətdən: “Bodo-Qlimt”, “Şaxtyor”
4-cü səbətdən: “Vikinq”, “LASK”

Barselona ilə Azərbaycan klubları heç vaxt qarşılaşmayıb. Ona görə də Barselonanı Bakıda görmək xoş olardı. Onsuz da həmin səbətdən kimin düşməsinin o qədər də böyük əhəmiyyəti yox idi.
İnter isə, deyək ki, o “akulalar”ın içərisində nisbətən oynamaq mümkün ola biləcək komandalardan biridir. Qalan seçdiklərim də eyni məntiqlədir. Mümkün rəqiblər arasında digərləri ilə müqayisədə daha oynamaq mümkün ola biləcək komandaları seçmişəm. Amma bütün bunlar, təbii ki, nisbidir. Məsələn, PSJ ilə müqayisədə İnterlə oynamaq məncə bir qədər daha rahat ola bilər. Yəni seçimlərimi əsasən rəqiblərin gücünü nisbətən nəzərə alaraq etmişəm".

Nicat Rüstəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Avqust 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri