Icma.az
close
up
RU
Sabahın firavan və dayanıqlı təməli

Sabahın firavan və dayanıqlı təməli

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın son iyirmi illik iqtisadi strategiyasının mərkəzində dayanan ən mühüm istiqamətlərdən biri regionların tarazlı inkişafıdır. Regional İnkişaf üzrə Dövlət Proqramları sadəcə infrastruktur layihələri deyil, ölkənin ümumi daxili məhsulunda qeyri-neft sektorunun payını artıran, sosial rifahı yüksəldən və milli təhlükəsizliyi möhkəmləndirən kompleks fəaliyyət planıdır.

Ötən illər görülən işlər, atılan addımlar sayəsində biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifah halının yüksəlməsinə şərait yaranıb. Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ildən başlayaraq həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş imkanlar açmışdır. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Dövlət başçısı regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək üçün 2004-cü ildən başlayaraq dövlət proqramlarının hazırlanması və qəbul olunması istiqamətində addımlar atmış və onların icrası üçün konkret tədbirlər görmüşdür. Bu gün Azərbaycanın sürətli və hərtərəfli inkişafında, Cənubi Qafqazın lider ölkəsi olmasında, dünya miqyasında öz sözünü deyən güclü dövlət kimi qəbul edilməsində regional sosial-iqtisadi siyasətin rolu danılmazdır.
Ötən 20 il ərzində regional inkişafa dair qəbul edilən 4 dövlət proqramı uğurla icra olunmuşdur. Azərbaycan başdan-başa inkişaf edən ölkəyə çevrilmiş, yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, siyasi, iqtisadi, mədəni həyatı yeniləşərək tamamilə dəyişmişdir. Prezident İlham Əliyevin praqmatik, çevik siyasəti, sistemli və ardıcıl strateji kursu Azərbaycanın müasir inkişafını təmin etmişdir. Əminliklə deyə bilərik ki, ölkə başçısı tərəfindən həyata keçirilən regional iqtisadi siyasət Azərbaycanın daha güclü dövlətə çevrilməsinə, xalqın rifahına, firavan yaşayışına və inkişafına səbəb olmuşdur. 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə də göstərdi ki, regional inkişaf siyasəti artıq sadəcə infrastruktur quruculuğu deyil, həm də su təhlükəsizliyi, rəqəmsal idarəetmə və ekoloji standartların sintezinə keçid edir.
Davamlı inkişafın ən mühüm elementi resursların səmərəli idarə olunmasıdır. Bu yanaşma Azərbaycanın müasir idarəetmə fəlsəfəsinin əsasını təşkil edir. Bakı və Abşeron üzrə 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramının hazırlanması da bu baxımdan təsadüfi deyil. Cənab Prezidentin çıxışında qeyd olunan enerji təhlükəsizliyi məsələsi həyata keçirilən infrastruktur islahatlarının ən mühüm nəticələrindən biridir. Bu gün Azərbaycanın enerji generasiya gücünün daxili tələbatdan artıq olması və son illərdə ölkənin müxtəlif regionlarında inşa edilən müasir istilik və su elektrik stansiyaları enerji sisteminin dayanıqlığını artırıb. “Ağıllı şəbəkə” texnologiyalarının tətbiqi ilə enerjinin ötürülməsindəki itkilər minimuma endirilib. Vaxtilə enerji çatışmazlığı ilə üzləşən Azərbaycan indi təkcə regionda deyil, həm də qlobal miqyasda etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Eyni zamanda, avtomobil yollarının, magistralların, kənd və şəhərlərarası yolların tikintisi ölkə miqyasında geniş vüsət alıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi infrastrukturu, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı və qazlaşma layihələrinin paralel şəkildə icra olunması həmin ərazilərin sürətlə dirçəlməsinə xidmət edir. Uzun illər işğal altında qalmış torpaqların vahid infrastruktur şəbəkəsinə qoşulması təkcə bərpa prosesi deyil, həm də ölkənin ərazi bütövlüyünün real iqtisadi və sosial məzmunla möhkəmləndirilməsidir.
Müşavirədə xüsusi diqqət yetirilən əsas məsələlərdən biri də Bakı şəhəri və Abşeron yarımadasının içməli su problemləri oldu. Bakı və Abşeron yarımadasının coğrafi mövqeyi və məhdud təbii su ehtiyatları bu sahədə qabaqlayıcı və innovativ dövlət siyasətini zəruri edir. Müşavirədə bu məsələnin vurğulanması qarşıdakı 10 il üçün “su islahatlarının” yeni mərhələsinin anonsudur. Azərbaycanın son iyirmi illik inkişaf strategiyası ölkəni müasir infrastruktura malik güclü dövlətə çevirməklə yanaşı, həm də onu illərlə məruz qaldığı ekoloji və “su terror”undan xilas etdi. Azərbaycanın su təhlükəsizliyi tarixində ən parlaq səhifələrdən biri işğal altındakı torpaqların azad edilməsi ilə açıldı. Vaxtilə işğalçı Ermənistanın ölkəmizə qarşı terror aləti kimi istifadə etdiyi, suyun vaxtsız buraxılması və ya kəsilməsi ilə ekoloji fəlakətlər törətdiyi “Sərsəng” və “Suqovuşan” su anbarlarının Azərbaycanın yurisdiksiyasına qaytarılması bu təhlükəni birdəfəlik aradan qaldırdı. Bu, sadəcə iqtisadi deyil, həm də mühüm siyasi və hərbi qələbənin infrastruktur sahəsindəki təsdiqi idi.
Azad edilmiş ərazilərdə sürətlə aparılan bərpa işləri su infrastrukturunda da özünü göstərir. Füzuli, Ağdam və Laçın rayonlarında yenidən qurulan “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” su anbarları həm kənd təsərrüfatı, həm də əhalinin tələbatı üçün yeni və tükənməz imkanlar açır. Gələcəkdə “Həkəriçay” və “Bərgüşadçay” kimi iki böyük su anbarının tikintisi isə bu imkanları daha da genişləndirərək bütün Qarabağ və Şərqi Zəngəzurun su arteriyasına çevriləcək. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sayəsində Bakı və Sumqayıtla yanaşı, Abşeron rayonunun və daha 64 yaşayış məntəqəsinin su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanalın və paylayıcı şəbəkələrin tikintisi və yenidən qurulması imkan verəcək ki, bu gün 40-45 faiz səviyyəsində olan itkilərin həcmi kəskin şəkildə azalsın. Dövlət Proqramının icrası nəticəsində tullantı sularının idarə olunması və kanalizasiya xidmətinin yaxşılaşdırılması da təmin ediləcək. Xəzərin suyunun xarici investisiya hesabına duzsuzlaşdırılması layihəsi isə tələbatın təmin olunması üçün böyük imkanlar yaradacaq və eyni zamanda, Oğuz-Qəbələ-Bakı su kəmərinin daha az itki ilə istismarına imkan verəcək.
Regional inkişaf proqramları və 12 yanvar 2026-cı il müşavirəsində müəyyən edilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır. Bu siyasət paytaxtla regionların vəhdətini yaradır, ölkəmizi regional logistik və sənaye liderinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar göstərir ki, dövlət siyasəti gələcək çağırışların qabaqlanmasına yönəlib. Su təhlükəsizliyi, enerji müstəqilliyi və regional inkişafın vəhdəti Azərbaycanın müstəqilliyini sarsılmaz edir. Bu gün qurulan su anbarları, çəkilən magistral kəmərlər və azaldılan itkilər sabahın firavan və dayanıqlı Azərbaycanının təməlidir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see280

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see223

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see220

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see183

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see183

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see180

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see178

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see176

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see172

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see168

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see166

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see164

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see157

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see157

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see157

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see154

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see153

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see152

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see152

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri