“Sabah”ın hücumçusu: “Turan Tovuz”la oyunda layiqli qələbə qazandıq”
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Matç çox çətin keçdi. Bu rəqiblə hər oyunumuz ağır keçir".
Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Pavol Şafranko deyib.
Hücumçu "Turan Tovuz"a qalib gəldikləri Misli Premyer Liqasının V turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Bu oyunda komanda olaraq yaxşı çıxış etdiyimizi düşünürəm. Oyunun əvvəlindən sonuna kimi düzgün enerjiyə sahib idik. Məncə, biz daha üstün idik və layiq olduğumuz qələbəni qazandıq. Oyunda qol vurduğum üçün şadam. Amma ən vacib olan komandanın qələbəsidir"
O, VI turda "Sumqayıt"a qarşı keçirəcəkləri qarşılaşmaya da toxunub:
"Biz hər oyuna qələbə üçün çıxırıq. "Sumqayıt"la oyun da asan olmayacaq. Meydana qalib gəlmək üçün çıxacağıq. Üç xal əldə etmək üçün həftə ərzində özümüzü bu oyuna çox yaxşı hazırlamalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Sentyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















