Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

“Sabah”ın növbəti dayanacağı KÖŞƏ

“Sabah”ın növbəti dayanacağı KÖŞƏ

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Araz Naxçıvan”la oyundan sonra “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin sualına əsəbləşmişdi. Səbəb də xeyli gözlənilməz idi. Nə varmış ki, həmkarlarım ondan “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı soruşublar. “Neftçi” bir kənara, “Qarabağ” “Sabah”ın çempionluq yolunda əsas rəqibidi. Belədə Valdas Dambrauskasdan bu barədə soruşmaqdan təbii nə var?!

Görünən o idi ki, “Qarabağ”ın adı belə litvalı baş məşqçidə qıcıq doğurur, bu ad gələndə hisslərini cilovlaya, əsəblərinə hakim ola bilmir. Onu yaxşı başa düşürəm. Belə anlarda rəqibi mümkün qədər unutmağa çalışırsan ki, qanını qaraltmayasan.
Amma reallıq ondan ibarətdi ki, “Sabah”ın qarşısında “Qarabağ” kimi güclü, çempionluqlara, qələbələrə vərdiş etmiş komanda var. Doğrudu, hal-hazırda “Sabah” “Qarabağ”dan öndədi. “Neftçi” ilə görüşün təxirə salınmasından sonra aradakı xal fərqi 7-yə çatıb. Bu da “Sabah”a ən azı psixoloji baxımdan xeyli rahatlıq verir. “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə oynaması, gücünü “Çelsi”, “Benfika”, “Ayntraxt” kimi komandalarla mübarizədə itirməsi bu 7 xallıq fərqin yaranmasında böyük rol oynayıb.
Möcüzə baş vermədi və “Qarabağ” “Nyukasl” səddini keçməyi, Çempionlar Liqasında yoluna davam etməyi bacarmadı. Çox güman, bu həftədəki səfər oyunu “Qarabağ” üçün cari mövsümdə avrokuboklarda sonuncu olacaq. Məhz ondan sonra “köhlən atlar” yerli çempionata qayıdacaq, bütün gücünü premyer-liqada sərf edəcək, əldən verdiyi liderliyi geri qaytarmaq üçün çalışacaq. Əsl çempionluq yarışı da məhz həmin vaxt başlayacaq.
Elə “Sabah”ın da çempionluq kubokunu başı üzərinə qaldırmağa nə dərəcədə hazır olduğunu məhz indi görəcəyik.
Hadisələrin axarı göstərir ki, “Sabah”ın bu yoldakı qarşılaşacağı əngəl təkcə “Qarabağ” deyil. Turlar irəlilədikcə “Sabah”ın oyunları daha da gərgin xarakter alır, qazanılan qələbələr xeyli çətin başa gəlir. “Sabah” qış fasiləsindən sonra meydana əsl fırtına kimi qayıtmışdı. “Karvan-Yevlax”ı 4:1 hesabı ilə məğlub edən “bayquşlar” daha sonra “Zirə”nin qapısından üç top keçirdilər. 4:1 hesabı “Araz Naxçıvan”la oyunda da təkrarlandı. Düşünmək olardı ki, bu yüksəliş davam edəcək, “Sabah” qarşısına keçənin daşını daş üstündə qoymayacaq. Lakin durum bunun əksini göstərir.
Düzdü, “Sabah” son iki oyunda qələbə qazanıb, hesabına 6 xal yazıb. Di gəl ki, bu qələbələrin necə çətin əldə edildiyini hamımız yaxşı görmüşük. “Qəbələ” ilə qarşılaşma hakim qalmaqalı ilə tarixə keçdi. Rauf Cabbarovun meydan sahiblərinin vurduğu qolu hesaba almaması fikirləri haçalandırdı, xeyli mübahisə doğurdu. Düzdü, bu müzakirələr nəticəni dəyişmədi və “Sabah” Qəbələdən 3 xalla qayıtdı. Oyunda sonra Dambrauskasın bu etirafı isə xeyli diqqətçəkən idi:

“Mən özüm VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, "Qəbələ" fərqlənəcəkdi. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq”.


“Kəpəz”lə oyunun ssenarisi bir qədər “Qəbələ” ilə oyunu xatırlatdı. O baxımdan ki, bu qarşılaşma da “Sabah” üçün çətin keçdi və aşkar favorit sayılan komanda minimal hesablı qələbə gətirən qolu 88-ci dəqiqədə vurmağı bacardı. Deməli, turlar irəlilədikcə “Sabah”ın qələbə qazanması daha da çətinləşir, rəqiblər Masazır təmsilçisinə qarşı yaxşı hazırlaşa bilirlər.
“Sabah”ın gücü niyə tükənir, parlaq qələbələr qazanmaq niyə mümkün olmur? Bunun səbəbi sadədi. Dambrauskas və onun komandası meydanda yeni nəsə sərgiləyə bilməyincə oyun üslubunu öyrənən rəqiblər “Sabah”ın əl-qolunu bağlayır, qol vurmaq daha da çətinləşir. Bu tendensiya “Qarabağ”la oyunda da hiss ediləcək. Şübhə etməyə dəyməz ki, “Qarabağ”la qarşılaşma “Sabah” üçün xeyli çətin keçəcək. Ardıcıl qələbələr qazanan “Sabah”ın növbəti dayanacağı Tofiq Bəhramovun adını daşıyan Respublika stadionu olacaq. Dambrauskasın ordan əliboş, yoxsa əlidolu çıxacağını isə zaman göstərəcək.
AMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri