Icma.az
close
up
RU
Qaranlıq “Sabah” KÖŞƏ

Qaranlıq “Sabah” KÖŞƏ

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə kubokunun finalından sonra tam 40 gün gözlədik ki, Azərbaycanın hansısa klubunu iş başında görək. İş başında deyəndə ki...

Avrokuboklardı da, başqa nə olasıdı?! Klublararası dünya çempionatına qatılmaq üçün hələ “yaşımız çatmır”.
Gözləməyə dəyməzmiz. Böyük məyusluq və xəyal qırıqlığı. Srağagünkü “Sabah” – “Selye” oyununun qısa icmalı budu. Onsuz da komandaların oxşar rəngli formalarla meydana çıxması oyunu televiziya ilə izləyən azarkeşlərin əsəblərini tarıma çəkmişdi. Son saniyələrdə rəqibin vurduğu 3-cü qol isə lap kefimizə soğan doğradı. Şəxsən mən “Sabah”ın cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxacağına qətiyyən inanmıram. Amma indi bu məqamın üzərində dayanmayacam.
Narahatlıq doğuran başqa məsələdi. Uzun fasilədən sonra ölkəmizin bir klubunun 60-cı dəqiqədən sonra fiziki cəhətdən tam çökdüyünü, rəqiblə ayaqlaşa bilmədiyini, seyrçi rolu ilə kifayətləndiyini gördük. Halbuki “bayquşlar” Avstriyada ikihəftəlik toplanış keçib, güclü rəqiblərlə yoxlama oyunu keçirib. Valdas Dambrauskas 20 gündü bu komandanın “sükanı arxasındadı”. Düzdü, uzun müddət deyil. Ancaq baş məşqçinin vaxt azlığından da şikayətlənmək haqqı yoxdu. “Qarabağ”a qarşı ölkə kubokunun finalında 120 dəqiqə oynayan, son dəqiqələrdə qələbə topunu vuran komandaya nə olub? Bunun günahı məzuniyyətdən sui-istifadə edən futbolçulardadı, yoxsa hazırlıq prosesini düz qurmayan baş məşqçidə? Mənə elə gəlir ki, hər birində və ya hər ikisində.
Günahkarlar var ki, “Sabah” iki dəfə irəli çıxdığı oyunda nəinki qələbəni, hətta heç-heçəni də qoruya bilmədi. Heç olmasa, ölkəmizin əmsalına əlavə xal yazılardı, heç olmasa, cavab oyununa daha böyük ümidlə baxardıq.
Futboldan az-çox başı çıxan hər kəs 60-cı dəqiqədən sonra həyəcan içində idi. Rəqib “Sabah”ı, necə deyərlər, “sürüyürdü”, hücumların sayı, kəsəri artmışdı, bəzi futbolçularımız, sadəcə, ayağını sürüyürdü. Belə durumda Dambrauskasın təcili müdaxiləsinə ehtiyac var idi. Amma 63-cü dəqiqədə oyuna qoşulan Rahmonaliyevlə Sekidika bunu bacarmadı, “bayquşlar”ın gücünə güc qatmadı. Sonra daha üç legioner meydana çıxdı. Və bu gedişlər də özünü doğrultmadı. “Sabah” yavaş-yavaş, addım-addım məğlubiyyətə yaxınlaşdı.
Nikbinlik, özünün və futbolçularının potensialına inanmaq istənilən məşqçi üçün yaxşı keyfiyyətdi. Açığı, cavab görüşü haqda düşünərkən məni bir qədər ümidli olmağa vadar edən yeganə məqam da Dambrauskasın sözləri, fikirləridi. Onun dediklərindən belə çıxır ki, indi rəqibin bacarığına daha yaxından bələddi, deməli, “Selye”ni “yerində oturtmaq” üçün hansısa vasitələr tapa bilər. Üstəlik litvalı mütəxəssis sərəncamındakı futbolçuların məğlubiyyəti qələbəyə çevirə biləcək potensiala malik olduğuna ürəkdən inanır. Bunlar öz yerində. İnanır, qoy inansın. İnam qələbənin yarısıdı.
Ancaq Dambrauskas qalan bir həftə ərzində futbolçuların fiziki hazırlığını necə yaxşılaşdıracaq – qaranlıq məqam budu. Uzun yolçuluq, heç şübhəsiz, dolu tribunalar, ilk oyundakı nəticənin yaratdığı təzyiq, “Sabah”ın avrokubok təcrübəsinin zəngin olmaması... Bütün bu amilləri nəzərə alanda, göz önünə gətirəndə adamı soyuq tər basır.
Düzdü, “yapışa biləcəyimiz budaqlar” da var. “Sabah” ayrı-ayrı futbolçuların potensialı baxımından heç də bu rəqibə uduzmur. Xüsusən də hücumameyilli futbolçuları nəzərdə tuturam. Sadəcə, sənin müdafiə xəttin karvansaranı xatırladırsa, qapıçın heç bir qeyri-adi seyv etmirsə, əksinə, ilk qolda olduğu kimi, rəqibin fərqlənməsi üçün hər şey edirsə, onda qələbə və mərhələ adlamaq şansın avtomatik minimuma enir.
Yəqin ki, gizlətməyə dəyməz. Azərbaycanlı azarkeşlərin bu yay üçün avrokubok ümidləri əsasən “Qarabağ” və “Sabah”la bağlı idi. Axı “Sabah” Avropa Liqasında mübarizə aparır, burda bir mərhələ keçmək gələcəkdə Konfrans Liqasının qrupuna düşməklə bağlı ümidləri artırır, təbii ki, “Selye” də “Hayduk”la “Aris”ə baxanda daha münasib rəqibdi. Amma ilk güllə boşa çıxdı. “Sabah” tribunaları dolduran, eləcə də ekran arxasında əyləşən azarkeşləri məyus etdi.
İndi isə ortada məğlubiyyət və vəziyyəti düzəltmək üçün cəmi 4 gün var. Çox çətin olacaq. Amma Dambrauskas inanırsa, bizim də inanmaqdan başqa yolumuz yoxdu. Ən azı iyulun 17-nə qədər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 İyul 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri