Icma.az
close
up
RU
“Sabah”ın prezidenti: “Bütün pul əsas komandaya xərclənmir ki…”

“Sabah”ın prezidenti: “Bütün pul əsas komandaya xərclənmir ki…”

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah” klubunun prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlovun “FutbolPress“ə müsahibəsi:

– Nəhayət, kubokun qalibi oldunuz. Artıq “Sabah” titullu klubdur. Hansı hisslər keçirirsiniz?
– Əlbəttə, sevinc hissləri keçiririk. Çempionatın son turlarında liqadan avrokuboklara yollanmaq şansımızın azaldığını görürdük. Kuboku qazanmaqla həm klubun tarixində ilkə imza ata, həm də Avropa Liqasına vəsiqəni təmin edə bilərdik. Buna görə, klub olaraq kuboku qazanmağa köklənmişdik. Klubun tarixində ilk titulu qazandıq. Bu, çox vacibdir. Avropa Liqasına düşmək də bizim üçün vacib idi, lakin tarixdə ilk titulumuzu qazanmağımız bu qələbənin dəyərini ikiqat artırdı.

“Bu, onları kluba daha çox bağlayacaq”

– “Sabah” bu yola sürətlə yox, asta-asta gəldi. Belə təəssürat yaranır ki, bu titul klub üçün səviyyə adlamasına gətirəcək. Özünüzdən başlayaraq, ifadə edərdiniz. Yaxın zamanda ciddi dəyişikliklər olacaqmı? Titul nə dərəcə təsir edəcək?
– Maddi dəyişiklikdən danışırıqsa…

– Xeyr, mental…
– İlk növbədə futbolçulara yaxşı təsir edəcək. Uşaqlar başa düşəcək ki, bu klubla titul qazanıblar. Bu, onları kluba daha çox bağlayacaq. Bu qələbə ilə başa düşdülər ki, istək, çox çalışmaqla bütün hədəflərə çatmaq olar. “Qarabağ”ın güclü klub olduğunu hər birimiz bilirdik. Ancaq bu nəticə uşaqlara göstərdi ki, çox çalışsan, istəsən, məqsədə nail olmaq olar.

– Yarımfinal, final matçlarında hakim səhvləri oldu. “Sabah” da ilk dədə belə böyük narazılıq bildirmişdi. Hakimlik məsələsinə toxunmağınızı istərdim.
– Hakimliklə bağlı suallar, narazılıqlar çoxdur. Bu oyuna qayıdarıq… Amma mənim üçün daha çox sual doğuran “Neftçi” ilə ilk yarımfinal oyunu oldu. Orada elə bir epizod var idi ki… Bəzi epizodlar 50/50, 60/40 ola bilər, amma 100 faizlik epizoda fərqli qərar vermək… Hakimlər Komitəsinin sədri De Bleker də oyundan sonra həmin epizodda səhv qərar verildiyini bildirmişdi. Amma bir şeyi nəzərə almalıyıq ki, bu cür səhv qərarlar klubların, insanların taleyinə, mövsüm ərzində çəkdiyi əziyyətə təsir edə bilər. Buna görə, müəyyən standartlar olmalıdır. İki ayrı matçda eyni epizodlara fərqli qərarlar verilir. Belədə insanlar hansı qərarların düzgün olub-olmadığını bilmirlər. Yenə deyirəm, vahid yanaşma standartı olmalıdır. VAR-a görə vaxt uzatmalar tempi azaldır. Məsələn, “Qarabağ”ın “Tottenhem”lə oyununda top 70 dəqiqə oyunda olmuşdu. Bizim çempionatda topun oyunda olduğu ortalama vaxt isə 40-45 dəqiqədir. Bu, çox azdır. Məncə, bunu həll etmək lazımdır. Hər dəqiqə fit çalmaq, oyunun dinamikasını öldürmək olmaz. Fikrimcə, hakimlər bu məsələlərə diqqətlə yanaşmalıdırlar.

“Bunu necə edəcəyik, onları harda yetişdirəcəyik?”

– Hakim özü vəziyyəti idarə etməlidir..
– De Blekerlə bu barədə də danışmışdım. Məsələn, Anatoli Nuriyevə qarşı qayda pozuntusu oldu, amma verilmədi. Top bizdə idi, amma real olaraq, qayda pozuntusu var idi. Biz dayandırmadıq, “Qarabağ” da dayandırmadı. Amma bizə verdikləri izaha baxsaq, gərək hakim epizodu dayandırardı. Şəxsi fikrim odur ki, dayandırmamalıdır, amma başqa oyunlarda belə olmur. Yəni bu məsələlərdə standart olmalıdır. Vasili Berezutskinin də dediyi kimi, kubokun finalında hər iki tərəfə nöqsanlı qərarlar verildi.

– Bəlkə, problem De Blekerdədir? Əvvəl Əliyar Ağayev və s. yeni adlar çıxırdı, son illərdə belə adlar yoxdur.
– Son illərdə bəzi müsbət şeylər də var. Məsələn, əvvəlki illərdə hakimlər heç məşqçilərlə danışmır ,  birbaşa vərəqə verirdi. İndi görürük ki, danışmağa çalışırlar. Ancaq yenə qayıdırıq standartlara. Bizə standartlar lazımdır. Hakimlər Komitəsi məncə, bu məsələnin üzərində çalışmalıdır. Bundan əlavə, bizə yeni nəsil lazımdır. Bunu necə edəcəyik, onları harda yetişdirəcəyik? Bunlar deyilməlidir.

– İcraiyyə Komitəsinin iclasında bu məsələlər müzakirələr edilir?
– Son iclasda oldu. De Bleker dəvət edilmişdi və çoxlu suallar verildi.

– Avropa Liqası haqda fikirləriniz nədir?
– Çox çətindir. Potensial rəqibləri görürük. Keçən il “Makkabi” düşmüşdü…

– Keçmişdiniz…
– Bilirik ki, hər şey mümkündür və heç kimdən qorxmaq lazım deyil.

– “Qarabağ”la oyunda da göstərdiniz. İllərin avrokubok təcrübəsi var.
– Bəli.

– Elə ərəfədir ki, məşqçi məsələsi çox müzakirə olunur. Dezinformasiyalar çıxır. Klub rəhbəri olaraq, ictimaiyyətə nə deyə bilərsiniz?
– Qısa zamanda bu haqda açıqlama verəcəyik.

– “Sabah”ın artıq səviyyə adladığını demək olar…
– Futbolçulara, məşqçilər heyətinə, onlara daim dəstək olan ailə üzvlərinə, kimin əziyyəti varsa, hamıya təşəkkür düşür. Mən bu heyətdə inamı görürdüm. Hamı inanırdı ki, mümkündür. Elə futbolçu yoxdur ki, ona kiçik narazılıq bildirəsən. Son iki həftə ərzində məşqlərdə olurdum, baxırdım. Görürdüm ki, hamı necə çalışır. Oyunda da məşqlərdə edilənləri təkrarladılar. “Qarabağ”ın gücünü, fərdi ustalıqlarının hansı səviyyədə olduğu hamıya bəllidir. Amma uşaqlar meydanda rəqibdən geri qalmadılar, onlara çox şərait yaratmağa imkan vermədilər. Uşaqlara təşəkkür düşür, xarakter göstərdilər.

– Ayxan Abbasovun komandayla adı çox hallandı. Həm də o, U-21-in məşqçisidir, “Şamaxı” ilə müqaviləsi var. Bu haqda nəsə deyə bilərsiniz?
– Klubu ilə də müqaviləsi var. Qısa zamanda baş məşqçi məsələsi haqda rəsmi açıqlama olacaq.

“Hər kəs öz bildiyi istiqamətdə işləməlidir”

– Keçək son illərdə klub olaraq adınızdan söz etdirdiyiniz akademiyaya. Azsaylı klub rəhbərlərindənsiniz ki, akademiya oyunlarını izləyirsiniz. İnkişafın sürəti sizi qane edir? İşlər niyyətinizdə tutduğunuz formada gedir?
– Bu, çox böyük mövzudur. Saatlarla danışmaq olar. 13 yaşına kimi olanlarda böyük istedad, istək görürük. Bildiyimə görə, bu yaşa kimi daha çox uşaq futbolla məşğul olur. Bundan sonrakı mərhələdə isə saylar çox azalır. 14-15 yaşından sonra uşaqların çoxu futbolla məşğul olmaq istəmir.

– ⁠Nəyə görə?
– ⁠Məncə, yaxşı akademiyaların sayı çox azdır. I Liqa klublarında da akademiyalar olmalıdır. Macarıstana baxaq… Akademiyaların sayı bizimkindən dəfələrlə çoxdur. Biz həmişə özümüzü gürcülərlə müqayisə edirik. Ancaq orda daha çox akademiyalar, futbola həvəsi olan uşaqlar var. Bizdə isə standartlara cavab verən 3-4 akademiya var və rəqabət də yalnız onların arasında gedir. Uşaq futbolunun inkişafı üçün ən vacib detallardan biri beynəlxalq turnirlədə iştirak etməkdir. Başa düşürük ki, bu da böyük xərcdir. Amma istiqamətdə də nəsə etmək lazımdır. Eyni zamanda məşqçilərin də yanaşması, işi qeyd edilməlidir. Burda kompleks məsələlər var – valideynlər, məşqçilər, hakimlər… O demək deyil ki, məşqçiləri göndərək, öyrənib gəlsinlər və bununla hər şey həll olunacaq. Kompleks tədbirlər görülməlidir.

– AFFA İcraiyyə Komitəsində uşaq futbolu ilə bağlı ən çox təşəbbüsün siz tərəfindən gəldiyi qeyd olunur. Növbəti mövsüm üçün uşaq liqalarının təşkilindı dəyişiklik gözlənilir?
– Bəli, belə deyim, hər kəs öz bildiyi istiqamətdə işləməlidir. Son illərdə “Sabah” akademiyası ilə uşaq futbolunda çox şey öyrənmişik. Uşaq futbolu ilə bağlı layihələrimiz var. Mütləq bunlar reallaşdırılmalıdır. Klub olaraq təcrübələrimizi bölüşməyə hazırıq. Bu işdə bütün klublar, hamı fəallıq göstərməlidir.

“Rəqəmi görəndə, onlarda sual yaranır ku, bu pula niyə böyük məticələr qazanılmır”

– U-13 liqasınadək nəticələr qeydə alınmır. Ancaq əksər valideynlər, məşqçilər özü üçün turnir cədvəli hazırlayır. Bəlkə ümumiyyətlə, bu, ləğv olunsun?
– Bu, Avropa standartıdır. Niyə edirlər? Böyük hesabla uduzanda uşaqlar stress keçirə bilərlər. Mən bilən Skandinaviya ölkələrində 12-13 yaşına kimi heç bir məktəbdə qiymətləndirmə olmur. Bizdə məşqçilər qələbə istəyir, valideynlər bunu istəyir, azarkeşlik edirlər. Bunun bizdə yaxşı işləmədiyini düşünürəm. Nəticə hesablanmamasının faydası da yoxdur, zərəri də…

– İstərdim klubun büdcəsindən də danışaq. Rəqəm böyük görünür (27 milyon manat-red.)…
– Mətbuatda çıxan klubların büdcəsinin xərcləri 4-5 istiqamətdə üzrə göstərilir. Halbuki burda akademiyalar da xərclərə daxildir və bu böyük maliyyədir. Hansı ki, xərclər bölümündə qeyd olunmayan kateqoriyalardandır. Burda kifayət qədər xərclər var. Amma insanlar rəqəmi görəndə, onlarda sual yaranır ku, bu pula niyə böyük məticələr qazanılmır. Heç kimlə müqayisə etmək istəmirəm. Amma bizim elə təkcə akademiya xərclərimiz digərlərindən çoxdur.

– Nə qədər?
– ⁠⁠ 2 milyondan çox sırf bu istiqamətə pul xərcləyirik. İl boyu bir neçə komandamızı xarici turnirlərə göndəririk. Bundan başqa, infrastruktur xərcləri var. Bu il baza tikmişik. Fan-şopumuzu formalaşdırdıq. Dediyim kimi, büdcəyə baxanda nəzərə almaq lazımdır ki, kim nəyə nə qədər xərcləyir. Bütün pul əsas komandaya xərclənmir ki…

“Klub fikirləşməməlidir ki, federasiyadan pul alım, bunun hesabına klub saxlayım”

– Klub sayı artdı və bu, yeni AFFA rəhbərliyinin bəyənilən proseslərindəndir. Klublara ayrılan vəsait rəsmi açıqlanmayıb, ancaq deyilir ki, büdcə 3 milyondan 2,5 milyona düşəcək…
– Əlbəttə, bu bəzi klublara pis təsir edəcək. Ancaq başqa məsələ də var. Bildiyimə görə, əvəzedici komandaların çempionatının ləğvi müzakirə edilir. Kim istəsə, ikinci komandanı saxlayıb, I Liqada oynada bilər, ancaq əvəzedicilərin çempionatının ləğvi ilə büdcəyə müəyyən müsbət təsiri ola bilər. Məsələ AFFA-nın az pul ayırmağı deyil. Burda artıq komanda sayı artır və onlara da yardım edilir. Ümumiyyətlə, klublar sponsor tapmalıdır. Akademiyalar ciddi işləməlidir, yerli oyunçular yetişdirməlidir və onların satışından qazanmalıdır. Legioner limitinin ləğvi ilə başqa imkanlar açılır. Yerli oyunçuları oynadan klublara legioner çox oynadan klubdan alınan maliyyədən ayrılacaq. Bunlar da klublar üçün stimuldur. Klub fikirləşməməlidir ki, federasiyadan pul alım, bunun hesabına klub saxlayım.

“Klublar müəyyənləşdirməlidir ki, hardan pul qazana bilərlər”

– Belə məsələ var ki, dövlət tərəfindən ayrılan büdcə legioner transferinə sərf edilməməlidir. Akademiyalara, fundamental layihələrə xərclənməlidir. Hansı klub çox legioner almaq istəyirsə, bununçün özü maliyyə tapsın…
– Pul kluba verilirsə, nəsə tələb edə bilmərik. Çərçivələr var, məsələn, azı 500 min akademiyaya, uşaq futboluna sərf edilməlidir. Məncə, bu, az məbləğdir. Klublar da başa düşməlidir ki, gələn pulları müəyyən istiqamətdə xərcləməlisən. Klublara deyilirsə, pulu nəyə xərclə, gərək onda AFFA idarə etsin. Bu da qaydalara ziddir. Çünki hər bir klub müstəqildir.

– Klub sayı artır, müəyyən islahatlar gedir. Azərbaycan çempionatında kontinental hal var – çox zəif klublar, çox güclü klublar. Əksər klublar avrokuboklara oynayır. Klub sayının artması, islahatların aparılması orta-klass klubların yaranmasına səbəb ola bilər?
– Hər klubun strategiyası var. Hansısa klub 3 milyonla, 2,5 milyonla avrokuboklara oynamaq istəyirsə, nəsə deyə bilmərik. Bu, klubların öz məsələləridir. Bəlkə bütün pulu xərcləyib, avrokuboklara düşüb, ordan həmin pulu çıxarmağı düşünür. Bu da bir yol, strategiyadır. Klublar müəyyənləşdirməlidir ki, hardan pul qazana bilərlər. Yaxşı transfer edib, sonra satmaq yaxşı strategiyadır və legioner limitinin ləğvi buna imkan verəcək. Çempionatda rəqabət olacaq.

– ⁠Effekti olacaq?
– ⁠İnanıram ki, iki il sonra çox maraqlı çempionat olacaq. Sponsorlar, agentlər bura maraq göstərəcək. Azərbaycanlı futbolçular üçün də imkan yaranacaq ki, rəqabətli mühitdə inkişaf etsinlər. Limit olmayan yerdə yerli oyunçularımız olacaqsa, deməli, onlar bu imkanı sərt rəqabətdə qazanmış olacaq, dəyərləri artacaq.

– Bu proses azərbaycanlı futbolçuların xaricə axınına səbəb ola bilər?
– Nəsə demək çox çətindir. Limit harda, hansı ölkələrdə lazımdır? Çoxlu klubun, çoxlu akademiyan varsa, artıq başa düşməlisən ki, bu uşaqlar oynaması üçün müəyyən limit lazımdır. Gəlin baxaq, ildə neçə futbolçu çıxır…

– ⁠Çox az…
– ⁠Onda qoy limitsizliyi sınayaq. Haçan akademiyalar meydana kəmiyyət və keyfiyyət baxımından kifayət qədər məhsul çıxarda bilsə, onda yenidən limit tətbiq olunar. Hazırkı qayda əbədi deyil ki…

– ⁠Bəli, meydana çoxlu rəqabətədavamlı məhsul, yəni futbolçu çıxarmaq lazımdır. İndiyədək bu olmayıbsa, bundan sonra hansı əsasla buna güvənək? – onda yeni inkişaf strategiyasının necə icra edilməsindən çox şey asılı olacaq…
– ⁠Məncə, tədricən, mərhələ-mərhələ real işlər görüləcək. Bizdə hər şeyin birdən-birə düzəlməsini gözləyənlər çoxdur. Əgər bütün klublar akademiyanın vacib məsələ olduğunu dərk edib bu sahədə ciddi işlər görməsə, digər iri layihələrin faydası da hiss edilməyəcək. Futbol çox çətin, qəliz sahədir. Burada uğur, nəticə səbr və peşəkar yanaşma tələb. Tələsmək işin ziyanına olacaq. Ancaq gecikmək də olmaz.

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see436

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see197

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see115

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see114

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see112

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri