“Sabah”ın sabiq baş məşqçisi: “Püşkatma hər şeyi dəyişə bilər”
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Əslində, bu mərhələ Çempionlar Liqasının özündə belə həmişə çox çətin olur. Burada zəif rəqib anlayışı demək olar ki, yoxdur, xüsusilə də ilk təsnifat mərhələlərində. Ona görə də püşkatma böyük rol oynayır və bəzən bir neçə detallı fərq bütün mövsümün gedişatını dəyişə bilir". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.
Mütəxəssis bu gün keçiriləcək Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasında "Sabah"ın potensial rəqibləri barədə də fikirlərini bölüşüb:
"Fikrimcə, Cəbəllütariq kimi ölkənin komandası düşərsə, nisbətən daha əlverişli yol ola bilər. Belə rəqiblərlə oynamaq, mərhələ keçmək daha real görünür. Digər tərəfdən, qarşılaşmaq istənilməyən komandalar sırasında İrlandiya, Uels və Finlandiya klublarını xüsusi qeyd etmək olar. Bu ölkələrin komandaları adətən fiziki gücə əsaslanan, yüksək tempdə oynayan və ev oyunlarında çox çətin rəqibə çevrilən kollektivlər olur. Xüsusilə səfər oyunlarında belə komandalarla oynamaq həmişə risk daşıyır".
Quliyev bu mövsüm avrokuboklardakə təmsilçilərimizdən gözləntilərini bölüşüb:
"Ümumi mənzərəyə baxsaq, Avropa təcrübəsinə görə, "Qarabağ" yenə də əsas ümidimizdi. Ağdam təmsilçisinin və "Sabah"ın minimum Konfrans Liqasının qrup mərhələsinə düşmək potensialı yüksəkdir. "Neftçi" və "Zirə"yə isə rəqib olacaq komandalardan çox şey asılı olacaq. Belə turnirlərdə xırda detalları düzgün idarə edən komandalar irəliləyə bilir".
Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi "Neftçi" yarışa ikinci mərhələdən başlayacaq və rəqibini iyunun 17-də tanıyacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 İyun 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















