Icma.az
close
up
RU
Aslan Kərimov “Sabah”ın şansını açıqladı: “Erkən qol hər şeyi dəyişə bilər”

Aslan Kərimov “Sabah”ın şansını açıqladı: “Erkən qol hər şeyi dəyişə bilər”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İlk oyun bizə göstərdi ki, rəqib güclü komandadır. Danimarka çempionu səhvləri bağışlamır və buraxılan xətalardan maksimum dərəcədə səmərəli istifadə etməyi bacarır”.

İdman.Biz xəbər verir ki, bu sözləri AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Sabah” və “Orhus” (Danimarka) komandaları arasında keçiriləcək cavab matçı barədə danışarkən deyib.

“Orhus”un hücumçusu uzaq məsafədən qapının doqquzluğunu dəqiq nişan aldı, dubl etdi. Amma “Sabah”ın müdafiə xətti də həmin qollarda qüsursuz deyildi. Müəyyən məqamlarda boşluqlar buraxdı. Yarımmüdafiə xətti hücumda nə qədər aktiv və iti olsa da, zaman-zaman meydanın mərkəzində boşluqlar verirdi. Müdafiəçilər hücuma dəstək verdikdən sonra geri qayıdaraq həmin boşluqları bağlamağı bacarırdılar. Lakin mərkəzdə oynayan Aleksey İsayev və Umarali Raxmonaliyev bəzi epizodlarda oyundan düşmüş kimi görünürdülər. Hücumda çox fəal olsalar da, müdafiəyə keçid zamanı mərkəzdə boşluqlar yaranırdı”, - deyə mütəxəssis AZƏRTAC-a açıqlamasında bildirib.

Aslan Kərimov qeyd edib ki, “Sabah” ilk oyunda riskli futbol nümayiş etdirsə də, bunun qarşılığında qol imkanları yarada bilib: “Risk müəyyən mənada özünü doğrultdu. Qol imkanları yaratdılar. Ancaq artıq iki oyundur ki, çoxsaylı fürsətləri qola çevirməkdə çətinlik çəkirlər. Bəlkə də bir mövsümə yetəcək qədər qol imkanları olub”.

Mütəxəssis Bakıda keçiriləcək cavab görüşündə “Orhus”un daha ehtiyatlı futbol nümayiş etdirəcəyini düşünür: “Rəqib bir top fərqi ilə öndədir. Danimarkada hava daha sərin idi. Bakının istisi onlar üçün müəyyən çətinlik yarada bilər. Ona görə də düşünmürəm ki, burada önə çıxaraq davamlı pressinq etmək lazımdır. Rəqib daha ehtiyatlı oynamağa və əks-hücumlara üstünlük verməyə çalışacaq. “Sabah” isə top itkiləri zamanı daha diqqətli olmalıdır”.

O, “Sabah”ın cavab qarşılaşmasında topa daha çox sahib ola biləcəyini və qol imkanları yaradacağını söyləyib: “Fərqlənmək üçün fürsətlər olacaq. Əsas məsələ həmin imkanları qola çevirməkdir. İlk matçda “Sabah”ın sürətli oyunçuları rəqib müdafiəsinin arxasına keçməyi bacardılar və qol imkanları yaratdılar. İsayevin ötürmələrini də qeyd etmək lazımdır. Top onun ayağında olduğu zaman müdafiənin arxasına çox yaxşı paslar verə bilir. Bundan istifadə etmək lazımdır”.

Aslan Kərimov cavab matçının nəticəsi ilə bağlı proqnoz verməyin çətin olduğunu deyib və komandaların şanslarını bərabər qiymətləndirib: “Rəqibin bir top öndə olması “Sabah”ı daha riskli, hücuma meyilli oynamağa məcbur edəcək. Belə vəziyyətdə isə onların əks-hücumlarının qarşısını almaq çətin ola bilər. “Orhus” sıradan rəqib deyil. Çox yaxşı təşkil olunmuş hücumları var. Lazım gəldikdə beşli müdafiəyə keçməyi bacarırlar. Düşünürəm ki, Bakıda daha çox 5-3-2 və ya 5-4-1 sxemlərindən istifadə edə, zaman-zaman 4-5-1-ə də keçə bilərlər”.

Mütəxəssis belə taktiki yanaşmanın “Sabah”ın rəqib müdafiəsini yarmaq imkanlarını çətinləşdirə biləcəyini qeyd edib: “Əvəzində onlar əks-hücum imkanları yarana bilər. Təbii ki, “Sabah” erkən qol vuracağı halda psixoloji üstünlük komandamızın tərəfinə keçəcək. Amma bu, rəqibin sakit dayanacağı anlamına gəlmir. Onların standart vəziyyətləri də çox təhlükəlidir. Məsələn, aut atışlarından çox yaxşı istifadə edirlər və topu birbaşa cərimə meydançasına qədər çatdıra bilirlər. Belə oyunlarda standart vəziyyətlər komandalar üçün əlavə üstünlük yarada bilər”.

Onun sözlərinə görə, “Sabah”ın əsas vəzifələrindən biri yaradılan qol imkanlarını dəqiq zərbələrlə tamamlamaq olmalıdır: “Ümid edirəm ki, mərhələni adlayan tərəf “Sabah” olacaq. Qol imkanlarının yaranacağına şübhə etmirəm. Sadəcə, həmin fürsətləri qola çevirə biləcəklərmi, bu, sual doğurur. Son oyunlarda çoxsaylı imkanları boşa veriblər. Digər tərəfdən, rəqibin təhlükəli hücumlarının qarşısını tam ala bilib-bilməyəcəkləri də böyük sualdır. Çünki “Orhus” yaranan imkanlardan maksimum yararlanmağı bacaran komandadır”.

Mütəxəssis qarşılaşmanın olduqca gərgin və bərabər mübarizə şəraitində keçəcəyini bildirib.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da oynanılacaq “Sabah” - “Orhus” qarşılaşması saat 20:00-da başlayacaq. İlk matçda rəqib 2:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Avqust 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri