Icma.az
close
up
RU
“Sabah”ın tarixi uğurunun memarı Valdas Dambrauskas

“Sabah”ın tarixi uğurunun memarı Valdas Dambrauskas

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

“Sabah” Azərbaycan futbolunun tarixində daha bir möhtəşəm səhifə yazdı. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda Bakıda İsrail çempionu “Hapoel Beer-Şeva”nı əlavə vaxtda 5:2 hesabı ilə məğlub edən “Sabah” iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə qalib gəldi və turnirin əsas mərhələsinə vəsiqə qazandı.

Modern.az xəbər verir ki, ilk görüşdə “Sabah” səfərdə 1:2 hesabı ilə uduzmuşdu. Bu səbəbdən Bakıda keçirilən cavab qarşılaşmasında Azərbaycan təmsilçisinə ən azı iki top fərqli qələbə lazım idi. Qarşılaşma isə “Sabah” üçün heç də asan başlamadı. “Hapoel Beer-Şeva” 10-cu dəqiqədə İqor Zlatanoviçin qolu ilə hesabı açdı. Lakin “Sabah” geri çəkilmədi və 38-ci dəqiqədə Kristian Nvaçukvu hesabı bərabərləşdirdi.

İkinci hissədə qonaqlar Qay Mizrahinin qolu ilə yenidən önə keçsələr də, “Sabah”ın mübarizəsi bununla bitmədi. 74-cü dəqiqədə Umarali Rahmonəliyev uzaq məsafədən dəqiq zərbə ilə hesabı 2:2 etdi. Əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə isə Tellur Mütəllimovun qolu “Sabah”ı arzuladığı əlavə vaxta daşıdı.

Əlavə vaxtda isə artıq meydanda bir komanda var idi. 101-ci dəqiqədə Orfey Mbina “Sabah”ı hesabda önə keçirdi, 115-ci dəqiqədə isə Coy-Lens Mikels son nöqtəni qoyaraq 5:2 hesabını müəyyənləşdirdi. Beləliklə, “Sabah” inanılmaz geridönüşə imza ataraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.

“Sabah” dünənki qarşılaşmada qazandığı inamlı qələbə ilə diqqətləri üzərinə çəkdi. Komandanın meydandakı mübarizəsi, düzgün taktiki yanaşması və vacib məqamlarda soyuqqanlı davranması qələbənin əsas amilləri oldu.

Bu uğurun arxasında isə komandanın baş məşqçisi Valdas Dambrauskasın xüsusi rolu diqqət çəkir. Litvalı mütəxəssis komandaya gəldiyi gündən etibarən “Sabah”ın oyun üslubunda və meydandakı davranışında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Dambrauskasın taktiki intizamı, oyuna müdaxilələri və futbolçulardan maksimum faydalanmaq bacarığı komandanın nəticələrinə birbaşa təsir edir.

Dambrauskasın gəlişi ilə “Sabah”da yalnız taktiki deyil, psixoloji baxımdan da dəyişiklik hiss olunur. Komanda çətin anlarda oyundan qopmur, daha intizamlı müdafiə olunur və hücumda daha inamlı görünür. Dünənki qələbə də bu dəyişimin növbəti göstəricisi oldu.

Gecənin əsas qəhrəmanlarından biri kimi məhz Valdas Dambrauskası göstərmək olar. Onun qurduğu oyun planı və futbolçuların bu plana sadiqliyi “Sabah”ın vacib qələbə qazanmasına şərait yaratdı.

“Sabah”ın qarşıdakı oyunlarda da bu performansı davam etdirib-etdirməyəcəyi maraq doğurur. Lakin bir məqam artıq aydındır: Dambrauskasın gəlişi komandanın oyununa yeni nəfəs gətirib və dünənki qələbə bu prosesin ən parlaq nəticələrindən biri kimi yadda qaldı.

Qeyd edək ki, Valdas Dambrauskasın “Sabah”ın baş məşqçisi postuna gəlişindən sonra komandanın tarixində yeni uğur səhifəsi açılıb. Litvalı mütəxəssis ilk mövsümündə “Sabah”a Azərbaycan çempionluğu və Azərbaycan Kubokunu qazandıraraq “qızıl dubl”a imza atıb.

Dambrauskasın rəhbərliyi altında “Sabah” Avropada da tarixi nəticəyə imza atıb. Komanda Çempionlar Liqasının liqa mərhələsinə yüksələrək klub tarixində yeni rekord müəyyənləşdirib.

Beləliklə, Dambrauskasın “Sabah”dakı fəaliyyəti artıq iki titul və Avropada tarixi uğur ilə yadda qalır. Onun komandaya gəlişindən sonra “Sabah” həm nəticələri, həm də oyun xarakteri ilə diqqət çəkir.

Nicat Rüstəm

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Avqust 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri