Sabah ın baş məşqçisi Valdas Dambrauskas: Çətin oyun oldu
Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Sabah"ın UEFA Çempionlar Liqasının I mərhələsində TNS-lə (Uels) matçı çətin keçib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə oyundan (1:0) sonra mətbuat konfransında deyib.
Mütəxəssis nəticəni dəyərləndirib:
"Futbolçularımı, azarkeşləri təbrik edirəm. Çətin oyun oldu. Mümkün qədər çox hücum etməyə çalışdıq. Gözlədik və nəhayət istədiyimiz qolu vurduq. Səfərdə bizi çətin qarşılaşma gözləyir. Rəqib artıq iki qol fərqi ilə geridədir. Ev oyunlarında irəli atılmağa çalışacaqlar. Biz də boşluqlardan istifadə etməyə çalışacağıq. İlk hissədə daha yaxşı oynadıq. Boşluqlara şığıyan komanda olmaq istəyirdik. İlk qolu künc zərbəsindən vurduq. Daha sonra oyun epizodunda fərqləndik. Son dəqiqəyə qədər oyuna dominantlıq edən tərəf idik".
Baş məşqçi qırmızı vərəqə ilə cəzalandırılan Stiv Solvetlə bağlı fikirlərini bildirib:
"Təəssüf ki, Stiv Solveti itirdik. Onsuz bizə çətin olacaq. Fantastik insan və futbolçudur. Amma ehtiyatda kifayət qədər təcrübəli futbolçularımız var. Necə ki Kahim Parris sonradan oyuna daxil olaraq fərqləndi. Cavab qarşılaşmasında digər futbolçuların gücündən yararlanacağıq".
Xatırladaq ki, komandalar arasında cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 07 İyul 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















