“Sabah”ın yeni transferi azarkeşlərə səslənib İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Bura gəlişimdə məqsəd komandaya kömək etməkdir”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” klubunun basketbolçusu Trey Sampson klubun mətbuat xidmətinə müsahibəsində deyib.
24 yaşlı hücumçu Bakı təmsilçisinə transferini şərh edib. Bir gün öncə 2025/2026 mövsümün sonuna kimi müqavilə imzalayan Sampson bildirib ki, gəlməzdən əvvəl “Sabah” haqqında məlumat toplayıb: “Milad bayramından öncə agentim mənə zəng vuraraq “Sabah” klubunun xidmətində maraqlı olduğunu bildirdi. Mən də bu keçidə razılıq verdim. “Sabah”da bir neçə oyunçunu tanıyıram. Misal üçün: Hassani, Duval. Transferdən öncə Trevon Duvalla əlaqə saxlamışam. Onunla bir komandada çıxış edəcəyimə görə şadam. Komandanın avrokubok görüşlərini izləmişəm. Çətin oyunlar oldu. “Sabah” azarkeşlərinə demək istərdim ki, bizi izləməyə davam etsinlər, onları sevindirməyə çalışacağıq”.
Qeyd edək ki, amerikalı oyunçunun son klubu İsveçrə “Luqano Tiqers”i olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 Yanvar 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















