Icma.az
close
up
RU
“Sabah”ın SABAHI?! İdman və Biz

“Sabah”ın SABAHI?! İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Krunoslav Renduliç paytaxt klubunda cəmi 265 gün duruş gətirə bildi. Bu ilin martında “Sabah”ın baş məşqçisi təyin olunan xorvatiyalı mütəxəssis 2023/2024 mövsümünün finişində komandaya faydalı ola bildi. 11 oyunda 8 qələbə və 3 məğlubiyyət Bakı təmsilçisini Avropa kuboklarına daşıdı. Son turda səfərdə “Neftçi” üzərində qazanılan vacib qələbə flaqmanı qitəmiqyaslı yarışlardan kənarda qoymaqla yanaşı, 51 yaşlı mütəxəssisin nüfuzunu da xeyli artırdı. Artıq hamı elə bu ilin fevralında istefaya göndərilən Murad Musayevə layiqli əvəzləyici tapıldığını iddia edirdi.

Amma yayda Avropada uğursuz çıxış “Sabah”da hər şeyin heç də rəvan getmədiyinə işarə idi. Konfrans Liqasında startda Hayfa “Makkabi”sini mübarizədən kənarlaşdırılsa da, sonradan “Sant Patriks”lə oyunlarda məğlubiyyət komandada vəziyyətin ürəkaçan olmadığını sübuta yetirdi. Azərbaycan çempionatının ilk turunun “Şamaxı” ilə görüşündə 2:0 hesabını qoruya bilməyən “bayquşlar” növbəti turda ümumiyyətlə xalsız qaldılar. Ardınca 5 oyunda 3 qələbə və 1 heç-heçə Renduliçə yenidən etimad yaratdı. Amma arxada qalan 2 ayda komandanın qələbəyə həsrət qalması rəhbərliyi təxirəsalınmaz addımlar atmağa vadar etdi. 7 oyun qələbə qazanılmamsı xorvatiyalı mütəxəssisə bağışlanılmadı.

Rendiliç haqqında çox danışmaq olar. Komanda onun rəhbərliyi ilə baxımlı oyun nümayiş etdirməyə çalışsa da, yayda futbolçu seçimi zamanı səhvlərə yol verildiyi danılmazdır. Xüsusilə, müdafiə xəttində boşluqlar aşkar sezilir. Yeni transfer Pavol Şafrokonun hücumda arzuolunan fayda verə bilməməsi bir çox oyunlarda “Sabah”a baha başa gəldi. Keçmiş Yuqoslaviya məktəbindən olan serbiyalı Nyeqos Kupusoviçin niyə transfer edildiyi isə böyük suallar doğurur. Böyük ehtimalla, 23 yaşlı forvard xorvatiyalı mütəxəssisin xeyir-duası ilə komandanın heyətinə cəlb olunub. Amma Kupusoviçin 7 oyunda cəmi 120 dəqiqə şans qazanması da 51 yaşlı mütəxəssisin məsuliyyətinə yazıla bilər.

Azərbaycan futbolunun taleyi hamıya yaxşı məlumdur. İllərdir milyonların xərclənməsinə baxmayaraq, yığma səviyyəsində uğursuz nəticələr bir-birini əvəzləyir. Yalnız “Qarabağ”ın Avrokubokdakı çıxışı futbol azarkeşlərinə böyük sevinc bəxş edib. “Sabah” qarşısına böyük məqsədlər qoysa da, hələ də arzuolunan səviyyəyə yüksələ bilməyib. Klubu idarə edənlərdən Maqsud Adıgözəlov və Balakişi Qasımov AFFA İcraiyyə Komitəsində də yer alır və onlar Azərbaycan futbolunun problemlərinin çıxış yolunun tapılmasında əsas söz sahibidirlər. Bakı təmsilçisinin əvvəlki baş məşqçisi rusiyalı Murad Musayev məhz Qasımov tərəfindən komandaya dəvət olunduğunu bildirmişdi. Yenidən Rusiya futboluna müraciət edən “Sabah” Renduliçi Vasili Berezutski ilə əvəzləyib. Böyük ehtimalla, bu təyinat da Balakişi müəllimin əməyinin nəticəsidir.

Buradan belə nəticə çıxarmaq olar ki, “Sabah”ı lazımı səviyyəyə qaldıra bilməyən idarəçilərin Azərbaycan futbolunda əsas sözü sahiblərindən biri olması aksiomadır. Arxada qalan dövrdə klubda verilən qərarların yanlış olması nəticələrdə özünü aşkar əks etdirir. Elə Murad Musayevlə bağlı baş verənlər xatırlamaq kifayətdir. “Sabah”ı tərk etdikdən sonra “Krasnodar”a yollanan mütəxəssisin başçılıq etdiyi komanda çempionluq yarışında mübarizə aparır. Az keçmədən onun aqibətini Renduliç yaşayır. Deməli, problem məşqçilərdə deyil, idarəetmədədir.

Maraqlıdır, hansı müsbət keyfiyyətlərinə görə Berezutskiyə üstünlük verilib? Baş məşqçi kimi təcrübəsi olmayan mütəxəssisin “Sabah”dakı fəaliyyəti böyük sual doğurur. Növbəti uğursuzluq klub rəhbərliyinin imicinə böyük zərbə olacaq. Büdcəsi və heyətini nəzərə alsaq, avrkokuboklardan kənarda qalmaq isə komanda üçün uğursuzluq sayılacaq.

Kamal Rza
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Noyabr 2024 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri