Icma.az
close
up
RU
Şabalıd alveri edən general məhkəməyə gəldi

Şabalıd alveri edən general məhkəməyə gəldi

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Generalla kapitanı üz-üzə gətirən "şabalıd işi" üzrə məhkəmə araşdırması gərgin atmosferdə davam edir.

"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində tanınan general-mayor Raul Zeynalov dünən Bakı Hərbi Məhkəməsində ifadə verib.

Diqqətçəkən məqam odur ki, kapitan Ayaz Bayramov tərəfindən təxminən 1 milyon manatının ələ keçirildiyini iddia edən generalı ən çox narahat edən məsələ mediada adının hallanmasıdır. Buna görə də o, ifadə verməzdən əvvəl əməkdaşımızın prosesdə iştirakına etiraz edib, əsassız arqumentlər irəli sürərək iclasın qapalı keçirilməsini istəyib. Digər zərərçəkmişlər bu məsələdə generalı dəstəkləsələr də, müdafiə tərəfi prosesin qapalı keçirilməsi ilə razılaşmayıb.

Hətta təqsirləndirilən kapitan belə olacağı halda ifadə verməkdən imtina edəcəyini deyib: “Niyə qapalı proses istəyirlər? Oyunlarının üstü açılır ona görə?! Öz mənafelərini qoruyurlar. Günahkaramsa, hamı günahkar, təqsirkaramsa, hamı təqsirkar kimi tanısın. Əks halda, mən heç nə danışmayacağam”.

Məhkəməyə sədrlik edən hakim Zaur Hacıyev tərəfləri dinlədikdən sonra prosesin qapalı keçirilməsi üçün heç bir hüquqi əsas olmadığını elan edib. Bunun ardınca Raul Zeynalov ifadə vermək üçün kürsüyə çağırılıb.

General deyib ki, Ayazı Fövqəladə Hallar Nazirliyində idarə rəisinin müavini təyin edildikdən sonra tanıyıb. Ayaz idarənin nümunəvi zabiti olub, əsas da bu cəhətinə görə ondan xoşu gəlib. Sonradan isə onlar birlikdə iş qurmağa razılaşıblar: “Məni inandırdı ki, şabalıd ticarətində çox yaxşı pul var. Ona maddi dəstək olsam, böyük pullar qazanacağıq. Deyirdi ki, qızıl neft deyil, şabalıddır. Nəsə bunun sözləri məni şirnikləndirdi. İşə başlaması üçün ilk dəfə 13 min, bir neçə gün sonra da 80 min manat verdim. Açığı əvvəllər dediyini elədi. Etiraf edirəm ki, mənə “paçka”larla pul verib.

Hətta qohumlarıma da bu işdən danışdım, dedim gəlin, siz də qoşulun. Ələsgər Məhərrəmov var, əvvəllər vergidə işləyib. Söhbət zamanı dedim ki, şabalıd işinə baxırıq, monopolistik. Bundan sonra o da bu işə qoşulmaq üçün Ayaza 30 min dollar verdi. Hazırda da zərərçəkmişlərdən biridir, hələ də pulunu ala bilməyib.

Bir müddət sonra Ayaz gəldi ki, bəs bir nəfər şabalıd xammal istəyir. Amma istədiyi qədər məhsulu gətirə bilməsi üçün 339 min manat lazımdır. Məni inandırdı ki, bu, çox yaxşı fürsətdir, qat-qat çox qazanacağıq. Bayaq dediyim kimi, elə danışırdı ki, adamı lap şirnikləndirirdi. Buna görə də həmin pulu ona verdim. Bundan əlavə, sonu eyni rəqəmlə bitən “BMW”, “Lexus”, “Kia” markalı avtomobillərimi satması üçün baş etibarnamə ilə adına keçirdim. Axırı da gəldi belə oldu, bir ara ölkədən də qaçdı. Bu adamın bir sözü var idi, iki-üç aydan bir deyirdi ki, yağışa düşdük, şabalıd batdı”.

General prokurorluğa etdiyi şikayətdə Ayaz Bayramovun onun 984 min manatını ələ keçirdiyini yazıb. Amma məhkəmədə məbləğlə bağlı ifadəsini dəyişib. Sonradan yadına salıb ki, Ayaz 984 min manatın 256 minini ona qaytarıbmış: “Elə olurdu ki, Ayaza deyirdim filan toya 500 manat yazdır. Və ya kiməsə filan qədər pul göndər. Bundan əlavə, mən klinikada olanda müəyyən qədər pul verib. Mən hesablamışam, bütün bunlar da 256 min 370 manat edib. Yəni indi mənə 728 min manat verəcəyi var”.

Zeynalov prokurorun sualına cavabında bildirib ki, Ayazın dediyinə görə, Bakıda şabalıd biznesinə hakim olmaq üçün 3 milyon, Gəncə bazarına da nəzarəti ələ almaq istəsə, əlavə 1 milyon 500 min manat lazım imiş.

Ayaz Bayramov isə generalın yalan danışdığını, ondan aldığı pulları artıqlaması ilə qaytardığını söyləyib. Prosesin davamında hakim ifadə vermək üçün ona söz verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Raul Zeynalov özü bizneslə məşğul olmaqda maraqlı olub. Daha əvvəl də qoyun alveri ilə məşğul olub. Dediyinə görə, bu barədə general özü ona danışıb. Bir ara Gürcüstandan qoyun gətirib satdıqlarını, lakin sonradan alveri alındıra bilmədiklərini deyib.

“Amma mənimlə işləməyə başlayandan sonra ona yaxşı pul qazandırdım. Gecəmi-gündüzümə qatıb işləmişəm. Raul mənim əziyyətimdən ortaya çıxan pullarla özünə 109 min manata maşın alıb. Nə qədər pul veribsə, hamısını artıqlaması ilə qaytarmışam. İndi gəlib burda boş-boş danışırlar”, - təqsirləndirilən kapitan əlavə edib.

İş vaxtı başa çatdığından təqsirləndirilən şəxs ifadəsini bitirə bilməyib. Proses gələn həftənin eyni günündə qaldığı yerdən davam edəcək. Hakim Zaur Hacıyev Raul Zeynalova həmin gün də prosesdə iştirak etməli olduğunu xatırladıb.

Qeyd edək ki, cinayət işi üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. Dəymiş ziyanın ümumi məbləği 2 milyon 800 min manatdır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://unikal.az
archiveBu xəbər 11 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri