Icma.az
close
up
RU
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi 10 ildən çox…

General Zeynalovla kapitanın “şabalıd davası” bitdi 10 ildən çox…

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı “şabalıd cinayəti” ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda “Lexus”, “BMW” və “Chevrolet” markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün. 

Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd gətirib. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər. 

Lakin bu şabalıd ticarəti sonradan necə deyərlər, şabalıd cinayətinə çevrilib. Alver alınmayandan sonra Raul Zeynalov bütün günahı Ayazda görüb, ondan prokurorluğa şikayət edib. İttihama görə,  Ayaz generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Sonradan FHN-in başqa iki zabitinin də şabalıd alverinə qoşulduğu və aldadıldığı ortaya çıxıb. 

Amma Bayramov özünü təqsirli bilməyib. O, istintaq təcridxanasından göndərdiyi məktubda və məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib. Bayramovun sözlərinə görə, general bütün pulları ona faizlə verib və artığı ilə geri alıb. Kapitan, həmçinin məhz Zeynalovun sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmişlərə də onun yol göstərdiyini bildirib.

Fotoda: Hakim Zaur Hacıyev

Məhkəmədə zərərçəkmiş general özü də iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla keçib.

Bir il davam edən məhkəmə artıq yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməyib, barışıq yoxdur.

Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, bu hökm işə baxan hakim üçün də əlamətdar olub. Zaur Hacıyev bununla Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vurub. O, artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri