Icma.az
close
up
RU
Sabiq Baş nazir: Ramiz Mehdiyevdən kömək ummamışam

Sabiq Baş nazir: Ramiz Mehdiyevdən kömək ummamışam

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Azərbaycanın sabiq Baş naziri Novruz Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsinə və barəsində 4 aylıq ev həbsi çıxarılması barədə qərara münasibət bildirib.
Reyting.az
-ın məlumatına görə, Novruz Məmmədov Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, Ramiz Mehdiyev barəsində çıxarılmış məhkəmə qərarı tam ədalətlidir.
Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər Azərbaycanda gedən ictimai-siyasi proseslərdə mühim rol oynayıb: “Hamı yaxşı bilir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda gedən ictimai-siyasi proseslərdə yer alan ən yüksək səviyyəli şəxslərdən biri kimi çox mühüm rol oynayıb. Dövlət idarəetmə sistemində gedən bütün prosesləri görüb, bunları müşayiət edən adamlar da biri olub. Son proseslərlə bağlı da bildirim ki, Ramiz Mehdiyevlə bağlı axtarış olub, xüsusi işlər görülüb, araşdırılıb, öyrənilib, haradansa məlumatlar əldə olunub. Ona görə də onunla bağlı belə qərar qəbul edilib. Düşünürəm ki, onunla bağlı məhkəmə qərarı ədalətli və hər şey dəqiq nəzərə alınaraq atılan addımdır. Ona görə də mən bu məsələyə başqa cür yanaşmağı düzgün hesab etmirəm. Çünki Ramiz müəllimin gördüyü işlər çox idi, çox ciddi və məsuliyyətli işlərlə məşğul olurdu. Gərək o da çalışmalı idi ki, fəaliyyəti digərlərinə nümunə olsun”.
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan dövləti Ramiz Mehdiyevə çox böyük imkanlar yaratmışdı, o da həmin imkanlarla işləyib, yaşayırdı: “Uzun illər biz eyni binada işləmişik, hərdən salamlaşırdıq, görüşürdük. Amma mən onun xarakterini bildiyim üçün ona heç zaman ehtiyacım olmayıb, heç vaxt Ramiz Mehdiyevdən kömək ummamışam. Buna mən özüm imkan verməmişəm. Amma adamlar var idi, kabinetinin qarşısında saatlarla, günlərlə onu gözləyirdilər ki, qəbul eləsin. Ramiz Mehdiyevin idarəçilik xarakteri çox qəribə idi, özünü elə aparırdı ki, sanki dünyada onu əvəzedəcək adam yoxdur. Sanki hamı onun qəbulunda saatlarla gözləməlidir və s. Ramiz Mehdiyev vəzifədə işləyən zaman çox insanlara qarşı heç də ədalətli olmurdu, onları qapıda çox gözlətdirirdi. Özündən çox razı idi, heç kimi saymırdı, heç kimlə məsləhətləşmək istəmirdi. Elə fikirləşirdi ki, sanki Azərbaycanı o idarə edir. Ona görə də mən onu qəbul edə bilmirdim, sadəcə yaşına görə işinə qarışıb bir söz demirdim. Bütün bunlara görə hesab edirəm ki, Ramiz Mehdiyev barəsində qərar ədalətlidir”.
Sabiq Baş nazir Ramiz Mehdiyevin PA-nın sabiq şöbə müdiri Əli Həsənovla münasibətlərindən də danışıb:
“Ramiz Mehdiyevin mənə ziyanı dəyməyib. Ümumiyyətlə, mən elə iş görməmişdim ki, onun mənə zərbəsi dəysin. PA-da çalşanda da işimi normal görürdüm, heç vaxt da aramızda ciddi problem yaşanmayıb. Əgər onun mənə bir zərbəsi dəysəydi, bu, həmin vaxtı böyük hadisə olardı. Çünki mən bunu Prezidentə məruzə edəcəkdim. Bəlkə də o başqa adamları axtarıb tapıb, hansısa işlər görürdü. Ancaq Əli Həsənov məndən fərqli idi, onun öz işindən başqa əlavə işlərin görülməsində fəaliyyəti geniş idi. Çünki Ramiz Mehdiyev və Əli Həsənov eyni sahələrə baxırdılar. Onların arasında nələrsə olubsa belə, Əli Həsənov çıxıb özü sözünü desin.
Amma yenə deyirəm ki, vəzifədə olarkən mən öz işimdən başqa iş görməmişəm. Heç, bir kvadrat metr belə torpaqda da gözüm olmayıb”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri