Sabiq bələdiyyə sədrinə HÖKM OXUNDU
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Külli miqdarda rüşvət almaqda təqsirləndirilən, İsmayəllı rayon Diyallı kənd bələdiyyəsinin sabiq sədri Cahangir Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Surxayev 8 il 1 ay azadlıqdan məhrum edilib.
İttihamla görə, İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri Cahangir Surxayev tələb etdiyi rüşvət məbləğinin bir qismini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
İstintaqla Cahangir Məhyəddin oğlu Surxayevin vəzifə səlahiyyətlərini aşaraq icarə müqaviləsi və digər növ saxta sənədlərin tərtib edilməsi yolu ilə rəhbərlik etdiyi qurumun mülkiyyətində olan torpaq sahəsinin arıçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsi müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda pul vəsaitini rüşvət qismində hissə-hissə almasına əsaslı şübhələr müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Oktyabr 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















