Icma.az
close
up
RU
Təkbaşına iclas keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU

Təkbaşına iclas keçirən bələdiyyə sədrinə HÖKM OXUNDU

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında "iclas" keçirən bələdiyyə sədrinə hökm oxunub.

Oxu.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, 17 yanvar 2020-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Göygöl rayon Toğanalı kənd bələdiyyəsinin sədri olan İslam İmanlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib və işə məhkəmədə baxılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, bələdiyyə üzvləri sədrinin seçildiyi ilk iclasdan başqa keçirilmiş digər hər hansı iclasda iştirak etməyiblər. Bələdiyyə üzvlərinin Toğanalı kənd bələdiyyəsinin balansında olan torpaq sahələrinin satılması və ya icarəyə verilməsi ilə əlaqədar, o cümlədən bələdiyyə vəsaitlərinin xərclənməsindən xəbərləri olmayıb.

İslam İmanlı məhkəmədə bildirib ki, kənd bələdiyyəsinin inzibati binasında lazımi şərait olmadığı üçün iclasların keçirilməsi mümkün olmayıb və bələdiyyənin fəaliyyətinin həyata keçirilməsini göstərmək məqsədilə üzvləri iclasa çağırmadan, onların formal iştirakını qeyd edərək iclasların təşkil olunmasını süni olaraq protokollaşdırıb. Sabiq bələdiyyə sədri iclas protokollarını Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında olan kompüter otağında təkbaşına tərtib edərək imzalayıb.

Bundan başqa, İslam İmanlı Toğanalı bələdiyyəsinin büdcəsindən vahid niyyətlə 2020-ci büdcə ili ərzində bələdiyyənin 2 892 manat olmuş ümumi büdcəsinin 146.47 manat məbləğində artıq, yəni 1592.47 manat, 2021-ci büdcə ili ərzində bələdiyyənin 4 603 manat olmuş ümumi büdcəsinin 1989.56 manat məbləğində artıq, yəni 4291.06 manat, 2022-ci büdcə ili ərzində bələdiyyənin 5 323 manat olmuş ümumi büdcəsinin 2181.98 manat məbləğində artıq, yəni 4843.48 manat, 2023-cü büdcə ili ərzində bələdiyyənin 5 961 manat olmuş ümumi büdcəsinin 2591.49 manat məbləğində artıq, yəni 5571.99 manat büdcə vəsaitini əməkhaqlarına ayıraraq hüquqi şəxs olan bələdiyyənin qorunan mənafelərinə mühüm zərər vurmaqla öz qulluq səlahiyyətindən qulluq mənafeyinə qəsdən zidd olaraq təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs bir il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla iki il müddətinə islah işləri cəzası təyin edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Fevral 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri