Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Zərdab rayonunun sabiq icra başçısı Lütvəli Babayevin qardaşı oğulları barəsində cinayət işi açılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, sabiq başçının qardaşı oğulları Telman Babazadə və Yadigar Babayev xuliqanlıqda ittiham edilir.
Onlar barəsində Cinayət Məcəlləsinin 221.2.-ci (Xuliqanlıq bir qrup şəxs və ya təkrar tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Zərərçəkmiş şəxslər R.Qədirzadə və T.Qədirzadə adlı bacı-qardaşlardır.
İşə Nərimanov rayon Məhkəməsində Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Lütvəli Babayev 2007–2019-cu illərdə Zərdab rayonunun, 2005–2007-ci illərdə Mingəçevir şəhərinin icra başçısı vəzifəsində çalışıb.
Xatırladaq ki, sabiq icra başçısının qardaşı oğulları əvvəllər də avtoxuliqanlıq əməllərinə görə saxlanılıb.
Baxış sayı:143
Bu xəbər 19 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















