Sabiq kəşfiyyat rəhbəri dövlətə xəyanətdə ittiham olunur
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Finlandiya Təhlükəsizlik və Kəşfiyyat Agentliyinin (SUPO) keçmiş direktoru Antti Pelttari “dövlətə xəyanət” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə ittiham olunub.
"Cebheinfo.az" xəbər verir ki, Finlandiya Parlamentinin sədri Jussi Halla-aho dünən mətbuata verdiyi açıqlamada, SUPO-nun keçmiş direktoru Antti Pelttarinin SUPO direktoru olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edib-etməməsi ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
O bildirib ki, Pelttarinin vəzifəsindən uzaqlaşdırılıb-qaldırılmaması ilə bağlı qərar qəbul edilməzdən əvvəl Parlament Aparatı tərəfindən sorğu-sual olunacaq.
"Yle" nəşri yazır ki, hazırda Finlandiya Parlamentinin Baş katibi vəzifəsini icra edən Pelttari vəzifə səlahiyyətlərindən sui-istifadədə, həmçinin “təhlükəsizlik sirrini yaymaqla dövlətə xəyanətdə” ittiham olunur.
Digər tərəfdən, Pelttari “X” sosial media hesabından verdiyi açıqlamada, SUPO direktoru vəzifəsində çalışarkən bu qurumdan bəzi təqaüdçü məmurların məxfi məlumatları əldə etməsi halında hadisəyə müdaxilə etmədiyi üçün cinayət istintaqında sorğu-sual edildiyini iddia edib.
Əlavə şərh vermək istəmədiyini qeyd edən Pelttari ona qarşı irəli sürülən ittihamları rədd edib.
Pelttari 2011-2023-cü illərdə SUPO direktoru vəzifəsində çalışıb və 2024-cü ilin yanvarında Parlamentin Baş katibi kimi işə başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:131
Bu xəbər 24 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















