Danimarkanın sabiq Kraliçası ürək əməliyyatı keçirib
Icma.az bildirir, Azertag portalına istinadən.
Stokholm, 15 may, AZƏRTAC
Danimarkanın sabiq Kraliçası II Marqrete stenokardiya tutması ilə xəstəxanaya yerləşdirildikdən sonra ürək əməliyyatı keçirib.
AZƏRTAC xəbər verir ki, Danimarka Kral Evi 86 yaşlı sabiq Kraliçanın koronar arteriyanın balon angioplastikası əməliyyatı keçirdiyini və bundan sonra vəziyyətinin yaxşı qiymətləndirildiyini açıqlayıb.
II Marqrete Kopenhagen Universitet Klinikasında həkimlərin nəzarəti altında daha bir neçə gün qalacaq.
II Marqrete 1972-ci ildən 2024-cü ilin yanvarında taxt-tacdan imtina edənə və taxt-tac oğlu X Frederikə keçənə qədər Danimarkaya 50 ildən çox müddətdə rəhbərlik edib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:Olimpiya mükafatçısı ürək əməliyyatı keçirib
24 Fevral 2026 20:56
Xanəndə açıq ürək əməliyyatı keçirib
31 İyul 2026 16:39
Qapalı ürək əməliyyatı
10 Mart 2025 17:24
İtaliya klubunun baş məşqçisi ürək əməliyyatı keçirib
29 Dekabr 2025 20:22
Tailandın sabiq kraliçası vəfat etdi
25 Oktyabr 2025 10:03
Baxış sayı:113
Bu xəbər 15 May 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















