Sabiq nazir müavini Timurun 12 maşınına həbs qoyuldu Foto
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun işi üzrə 1938-1977-ci il istehsalı olan 12 köhnə avtomobil və 1953-cü il istehsalı olan iki köhnə motosikletinə həbs qoyulub.
Ölkə.Az xəbər verir ki, onların arasında nadir 1942-ci il istehsalı olan "Packard" və (1948-ci il) Britaniya "Triumph 1800" rodsterləri, həmçinin (1941-ci il) "Chevrolet" və (1969-cu il) "Moskviç" 412 var.
Qeyd edək ki, sabiq nazir müavini İvanov cari ilin aprel ayının sonunda xüsusilə külli miqdarda rüşvət aldığı üçün istintaq təcridxanasına göndərilib.
Onun vəkili Murad Musayevin sözlərinə görə, istintaq keçmiş nazir müavinini bir milyard rubla yaxın rüşvətdə, həmçinin Kerç boğazı üçün bərələrin alqı-satqısı zamanı məzənnə fərqinə görə 200 milyon rubldan çox vəsaitin mənimsənilməsi, habelə 3,2 milyard rublun oğurlanması ilə bağlı daha bir cinayət işi üzrə ittiham edilir. Lakin İvanov ona qarşı sürülən ittihamları əsassız hesab edir.
Mürtəza
Ölkə.Az


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 23 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















