Sabiq prezident HƏBS OLUNDU: İnsanlıq əleyhinə cinayətlərdə İTTİHAM OLUNUR
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında Manilada həbs edilib.
Bu barədə “NBC News” məlumat yayıb.
Məlumatda bildirilir ki, onun narkotiklərlə mübarizə kampaniyası çərçivəsində, hüquq müdafiəçilərinin iddialarına əsasən, on minlərlə filippinli edam edilib.
“Reuters” xəbər verir ki, 79 yaşlı Duterte dəfələrlə sərt repressiyalarını müdafiə edib.
Sabiq prezident narkotik ticarətində şübhəli bilinən şəxslərin qətlinə göstəriş verdiyini inkar edib və yalnız özünümüdafiə məqsədilə güc tətbiqinə icazə verdiyini bildirib.
Qeyd edək ki, 79 yaşlı Rodriqo Duterte 2016-cı ildən 2022-ci ilə qədər Filippin prezidenti olub.
Bu mövzuda digər xəbərlər:Taliban liderləri insanlıq əleyhinə cinayətlərdə ittiham olunur
24 Yanvar 2025 14:47
İnsanlıq əleyhinə törədilən cinayət
25 Fevral 2025 11:47
31 Mart soyqırımı insanlıq əleyhinə cinayətdir
03 Aprel 2025 14:54
Erməni hərbçilərinin insanlıq əleyhinə əməlləri araşdırılır
02 Avqust 2025 10:32
Azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə soyqırım...
31 Mart 2025 22:06
Baxış sayı:98
Bu xəbər 11 Mart 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















