Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

İnsanlıq əleyhinə törədilən cinayət

İnsanlıq əleyhinə törədilən cinayət

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


1992-ci il fevralın 26-da Xocalıda şəhid olanların xatirəsi ehtiramla yad edilir
Ermənistan separatçılarının Qarabağ münaqişəsi zamanı xüsusi qəddarlıqla törətdiyi Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı apardığı işğalçı siyasətdə ən qanlı ləkədir. Xatırladaq ki, 26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən Xankəndində məskunlaşmış 366-cı keçmiş sovet motoatıcı alayının dəstəyi ilə Azərbaycan Xocalı şəhərinin sakinlərinə qarşı soyqırımı aktı həyata keçirilmişdir. Qanlı qırğınlar nəticəsində dinc əhaliyə qarşı 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Onların bir çoxu əsirlikdən geri qayıtmayıb, onların taleyi haqqında heç nə məlum deyil.
Bu faciə nəticəsində Xocalı şəhəri böyük dağıntılara məruz qalmış və şəhər sakinləri arasında geniş miqyasda insan itkiləri olmuşdur. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. Xocalı soyqırımı, bir çox insanın həyatını itirməsi ilə yanaşı, həm də çox sayda insanın öz doğma yurdlarını tərk etməsinə səbəb olub. Bu faciə, həm Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin yaddaşında dərin izlər buraxmışdır. Xocalı, tarixdə insanlıq əleyhinə törədilən ən böyük cinayətlərdən biri olaraq qeyd olunur.
Xocalı 1988-1992-ci illərdə mühasirə vəziyyətində oldu. Bu müddətdə Xocalının yeganə nəqliyyatı hava nəqliyyatı idi. Xocalı faciəsinə 4 ay qalmış o nəqliyyat da kəsildi. Ermənilər dəflərlə hava nəqliyyatı vasitəsilə səpdikləri vərəqələrdə xocalıları qorxuzurdular ki, burada məhv ediləcəksiniz. Ona görə də vaxtında tərk edin Xocalını. Amma bir nəfər də olsun yerini tərk etmədi. Xocalının o vaxtkı rəhbələri bununla bağlı Bakıya gəlib Mərkəzi Komitəyə müraciət etmiş, müxtəlif yerlərə vəziyyət barədə məlumat vermişdilər. Bütün bunlar hamısı cavabsız qalmışdı. Ümumiyyətlə, bu gün Xocalı faciəsilə bağlı cavabsız suallar çoxdur.
Təəssüf ki, ilk zamanlarda bir çox beynəlxalq təşkilat bu faciəni lazımi şəkildə tanımadı və buna dair adekvat tədbirlər görülmədi. Bununla yanaşı, Xocalı soyqırımı Azərbaycanın müstəqillik mübarizəsinin və Qarabağ münaqişəsinin ən ağrılı səhifələrindən biri olaraq qalır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu gün də bir çox qüvvələr çalışırlar ki, bu cinayəti unutdursunlar. Hər halda, Xocalı soyqırımın təşkilatçılarının layiqli cəza alacaqları günə çox az qalıb. Hamı tərəfindən qəbul edilmiş Siyasi prinsiplər "soyqırımı" termini ilə çox ehtiyatlı davranmağa çağırır, lakin Xocalı buna bənzər bir şey yaşamalı oldu. Azərbaycanın apardığı diplomatik mübarizə, beynəlxalq hüququn və ədalətin tələb etdiyi şəkildə Xocalı soyqırımını tanıyan çoxsaylı dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdiyi qərarlarla bu məsələnin dünya miqyasında işıqlandırılmasına böyük töhfələr vermişdir. Təşkilatçılara qarşı ədalətin bərpa olunması, yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin qanunun aliliyinə və insan hüquqlarına olan inamını gücləndirəcəkdir.
Bu günə qədər Xocalı soyqırımının tanınması üçün bir çox ölkə, təşkilat və insan hüquqları qurumları tərəfindən müvafiq addımlar atılıb və bu istiqamətdə mübarizə hələ də davam edir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Uğurlu diplomatik səylər və Azərbaycanın möhkəm iradəsi ilə, təşkilatçılarının layiqli cəzalarını alacağına inam böyükdür
1992-ci il fevralın 26-da Xocalıda şəhid olanların xatirəsi ehtiramla yad edilir. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir. Dünya azərbaycanlıları Azərbaycanın Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törədilən faciəli hadisələrin qurbanlarının 33-cü ildönümündə dua edir.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu, həmçinin Azərbaycanın Qarabağ regionunda ərazi bütövlüyünün bərpa olunmasının simvolik bir addımıdır. Prezident İlham Əliyevin Xocalı şəhərində bayraq ucaldırılması, həmçinin 1992-ci il Xocalı soyqırımının acılarını xatırlatmaqla yanaşı, Azərbaycan xalqının bu faciəyə qarşı birləşdiyini və ölkənin bütün ərazilərində sabitlik və inkişafı təmin etmək niyyətini vurğulamış oldu. Bu hadisə, Xocalının azad olunmasının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının əhəmiyyətini göstərən mühüm bir rəmzdir.

Səyavuş Qasımov, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see367

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see275

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see233

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see217

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see196

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see196

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see194

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see193

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see189

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see188

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see183

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see183

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see182

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see173

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see168

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see163

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see162

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see161

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see161

Politico: Avropa Komissiyası bütün Aİ üzrə sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq etmək qərarına gəlib

14 Sentyabr 2026 20:59see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri