Icma.az
close
up
RU
Sabiq rəis müavini Ruhin Tağıyevdən pul alıb? İDDİA

Sabiq rəis müavini Ruhin Tağıyevdən pul alıb? İDDİA

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik Oktay Babayevlə bağlı yeni iddialar ortaya çıxıb.

Bakıvaxtı.az-ın mənbədən əldə etdiyi məlumata görə, Oktay Babayevin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, ehtiyatda olan mayor Ruhin Tağıyevlə bağlı hərəkətləri ilə əlaqədar ciddi iddialar səsləndirilir.

İddialara əsasən, ordu sıralarından ehtiyata buraxılmaq niyyətində olan Ruhin Tağıyevlə Oktay Babayev arasında bir sıra görüşlər və söhbətlər baş tutub. Həmin söhbətlər zamanı Babayevin Tağıyevə hərbi xidmətini davam etdirməsinin daha məqsədəuyğun olduğunu bildirdiyi, ona gələcəkdə daha yüksək vəzifəyə təyinat veriləcəyini və müxtəlif karyera məsələlərinin həllində dəstək göstərəcəyini vəd etdiyi qeyd olunur.

Mənbənin bildirdiyinə görə, bu vədlərin həyata keçirilməsi məqsədilə Oktay Babayev tərəfindən Ruhin Tağıyevdən ümumilikdə 30 min manat məbləğində pul alınıb. İddialarda vurğulanır ki, sözügedən vəsait müxtəlif vaxtlarda və müxtəlif bəhanələrlə tələb edilərək əldə olunub. Lakin sonradan verilən vədlərin reallaşmadığı və vəsaitin geri qaytarılmadığı bildirilir.

Bununla yanaşı, mənbə Oktay Babayevin yalnız Ruhin Tağıyevlə deyil, digər şəxslərlə bağlı da oxşar fəaliyyət göstərdiyini iddia edir. Belə ki, onun müəyyən vəzifə təyinatları, xidmətlə bağlı məsələlərin həlli və digər inzibati prosedurlara təsir imkanlarına malik olduğu görüntüsü yaradaraq müxtəlif şəxslərdən ödəniş tələb etdiyi irəli sürülür.

Xatırladaq ki, Ruhin Tağıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 İyun 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri