Paşinyanın təbliğatı: İndi də Tağıyevdən oğurladılar Video
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyası başlayıb.
Axar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan da vəzifə səlahiyyətlərinin icrasını dayandırıb və təbliğata qoşulub.
Onun bir müddət öncə, regionlara baş nazir kimi səfər edib, xalqla görüşlər keçirməsi və dolayı təbliğat apardığını əks etdirən görüntülər isə bu gün yenidən sosial şəbəkələrdə paylaşılıb. Videoda Nikol Paşinyanın təbliğat avtobusunda komandası ilə əyləndiyi və rəqs etdikləri mahnını həm də oxuduqları əks olunub.
İfa olunan mahnı isə Ələkbər Tağıyevin Hafiz Baxışın sözlərinə yazdığı məşhur “Eşqimi ölməyə qoymaram” musiqisidir. Bu mahnının ilk ifaçılarından biri Məmmədbağır Bağırzadə olub. Ancaq mahnı daha çox Nisə Qasımovanın ifasında yaddaşlara köçüb.
Ermənilərin ənənəvi oğurluqlarının daha bir bariz nümunəsi: bu “millət”in bütün tarixi, kilsəsini, musiqisi, mətbəxi, torpağı, qurduqları dövlət yalnız və yalnız Azərbaycan xalqından oğurladıqlarından ibarətdir.
Bu oğru ənənəsini isə həyasızcasına bu gün də davam etdirirlər, hətta bəstəkar mahnılarını da oğurlamaqdan utanmırlar.
Baxış sayı:114
Bu xəbər 08 May 2026 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















