Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

Pendirin beyinə faydası

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

Sabir Əhmədlinin oğlu: Atama ən böyük pisliyi Ramiz Mehdiyev eləyib Müsahibə

Sabir Əhmədlinin oğlu: Atama ən böyük pisliyi Ramiz Mehdiyev eləyib Müsahibə

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Ülvi Bahadırın Xalq yazıçısı Sabir Əhmədlinin oğlu Etibar Əhmədli ilə müsahibəsini təqdim edir.

- Sabir bəy necə ata idi?

- Möhtəşəm. Həmişə yanımızda olub. Bu baxımdan, bizə qibtə etmək olar.

- Ata Sabir Əhmədli ilə yazıçı Sabir Əhmədlinin hansı fərqli cəhətləri var idi?

- Oxşar cəhətləri daha çoxdur. Yazıçı Sabir Əhmədlinin oğlu olmağım həmişə mənimlədir, başucalığıdır.

Səhər tezdən durub işləyərdi. Otağının qapısı bağlı olardı. Bilirdik ki, səs-küy salmaq, onu narahat eləmək olmaz. İşdəki söhbətləri heç vaxt evə gətirməzdi.

- Mühafizəkar ata idi?

- Mühafizəkarlığı da var idi, ancaq dövrünə görə o qədər də qapalı deyildi. Mənə sərbəstlik verirdi. Deyirdi ki, insan həyatda nə var özü götürməlidir. Ədəbiyyatda da belə idi. Deyirdi ki, bir var kitabdan gələnlər, bir də var həyatdan gələnlər. O həyatdan gələn yazıçı idi. Ona görə də istəyirdi ki, həyatı bilək.

- Xaraktercə sakit, yoxsa tez özündən çıxan idi?

- Əsəbiləşəndə özünü nəzarətdə saxlamağa çalışardı. Sakit, düşüncəli idi. Axır vaxtlar Qarabağdakı hadisələr onu əndazədən çıxartmışdı. Torpaqlarımızı itirdiyimizi heç cür qəbul eləyə bilmirdi.

- Üç uşaq olmusunuz. Xasiyyətcə ona hansınız daha çox oxşayırsınız?

- Şəhid qardaşım daha çox oxşayırdı. Hamımızda ondan nələrsə var. Mən evin böyük oğlu olduğuma görə dərdini daha çox mənimlə bölüşürdü. Hansısa hadisə baş verəndə fikrimi öyrənirdi, müzakirə eləyirdik. Bəzən fikirlərimlə razılaşırdı, bəzən də bildiyini eləyirdi. Çox inadkar deyildi. Söz, fikir düzgün olanda ona görə hərəkət eləyirdi.

- Hansınızdasa yazmaq istedadı, bacarığı olub?

- Ədəbi mühitin hər üzünü gördüyünə görə yazıb-pozmağımızı istəmirdi, bizə qıymırdı. Bacım əvvəllər yazırdı. Bilmirəm, bəlkə də yazsaydıq, əlimizdən tutardı, ancaq məsləhət görmürdü.

- Səbəbi nə idi?

- Mühitdən xoşu gəlmirdi. Yazıçılıq çox çətin peşədir. Bunu atamın timsalında gözümlə görmüşəm. Gecəsi-gündüzü yox idi. Bu çətinliyə görə istəmirdi.

- Gecə yazırdı, yoxsa gündüz?

- Sübh tezdən yazmağı daha çox sevirdi. Səhər saat 5-də başlayırdı. Ancaq bəzən gecələr də yazırdı. Biz bacardığımız qədər sakitliyə riayət etməyə çalışırdıq. Anam bu məsələyə xüsusi diqqətlə yanaşırdı. Biz də artıq öyrəşmişdik.

- Bəzi ədəbiyyat adamları Sabir bəyin dilinin qəliz olduğunu düşünür.

- İrad tutmaq istəyənlər nəsə tapa bilməyəndə bu məsələni qaldırıblar. Onun xüsusilə təbiət təsvirləri çox gözəldir. Dili daha da genişləndirməyə, zənginləşdirməyə çalışırdı. O, kənd adamı olub. Əsərlərində də orada işlənən sözlərdən yararlanıb. O adamlar bu sözləri bilməyiblər. Ona görə də deyirlər ki, Sabir Əhmədlinin dili qəlizdir. Onun nəsri etnoqrafik baxımdan da çox dəyərlidir.

- Sağlığında da bu tənqidlər olurdu?

- Çox olurdu. Ədəbiyyat hamı üçün eyni ola bilməz. Biri üçün qəlizdir, biri üçün asan. Deyirdi ki, dili dilçilərdən, ədəbiyyatı tənqidçilərdən qoruyun.

- Onu niyə sıxışdırırdılar?

- Həqiqəti deyənlər tarix boyu sıxışdırılıblar. Hələ 60-cı illərdə Soveti sərt şəkildə tənqid eləyirdi. Sanballı yazıçılar çıxıb deyirdi ki, mən qurduğum kolxozu Sabir Əhmədli dağıtmaq istəyir. O da deyirdi ki, sosrealizm istəmirsiniz, alın sizə sosrealizm. Ancaq müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk Xalq yazıçısına belə münasibət göstərilməsinin səbəbləri bizim üçün də aydın deyil. Sovet dövründə yazan yazıçıların hamısının əsərləri latın qrafikasına çevrilirdi, Sabir Əhmədlidən başqa. Bu məsələ mənə də aydın deyil. Kitablarının yayılmasını istəmirlər. Mən bunu birbaşa rus imperiyasına bağlayıram. Başda Ramiz Mehdiyev olmaqla rus imperiyasının davamçıları Sabir Əhmədlinin əsərlərinin yayılmasına mane olub. Atama ən böyük pisliyi Ramiz Mehdiyev eləyib. Latın qrafikasına çap olunmaması, Fəxri Xiyabanda dəfn edilməməsi, hər şeyə o mane oldu. Heç atam özü də orada dəfn olunmaq istəmirdi. Çox yerdə də “Qaçqın qəbiristanlığı” yazırlar. Ora qaçqın qəbiristanlığı deyil, Binəqədi kənd qəbiristanlığıdır.

- Yazıçılar Birliyi ilə münasibətləri necə idi?

- Gedib-gəlmirdi. Anarla münasibəti normal olub. Sabir Əhmədli 90-cı illərdə öz nüfuzu bahasına "Ədəbiyyat qəzeti"ni qoruyub saxladı. Büdcəyə keçən kimi dedilər ki, çıxmalısan. Ondan sonra Anarla aralarında söz-söhbət oldu.

- Sabir bəyin 22 romanı var. Onun əsərləri əsasında film çəkilməsi təklifi gəlib?

- Onun cəmi bir sənədli film ssenarisi var. Qardaşı haqqında çəkilmişdi. “Yamacda nişanə” əsasında ssenari yazılıb, ancaq senzuradan keçmədiyinə görə çəkilməyib.

- Həmişə Qarabağ, Cəbrayıl eşqi ilə yazıb-yaradıb. O ağır dövrləri necə xatırlayırsınız?

- Biz Cəbrayılın mərkəzində yaşamışıq. Axır vaxtlar rəhmətlik orada ev tikdi. Heç kim gözləmirdi. Ondan əvvəl “Ədəbiyyat qəzeti”ndə silsilə yazıları gedirdi. Döyüş bölgələrində idi. Baş redaktor idi, amma oralara özü gedirdi. Qardaşım şəhid oldu. Yasamal batalyonunu xəyanətkarcasına mühasirəyə aldılar. Orada çox böyük qırğınlar oldu. 1994-cü ilin 12 fevralında şəhid oldu.

Atəşkəsi də gözləmirdik. Sonra necə müdrik siyasət olduğunu gördük. Bizim müharibəyə gücümüz yox idi. Ordu yaratmaq asan deyildi. Talançılıq idi. Atəşkəsdən sonra hazırlığa başlanıldı. Nəticədə, qələbə qazandıq.

- Sabir bəy oğlunun şəhid xəbərini necə öyrəndi?

- Ad günüdə ona dəyməyə getmişdi. Elə qarlı-çovğunlu gündə Yanşaq kəndinə kimi gedib çıxmışdı. Orada demişdilər ki, yaralıdır. Evə qayıdıb yas çadırını görəndə xəbər tutdu.

Qardaşımdan sonra özünü tox tuturdu. Deyirdi ki, şəhid olub, Allahın yanındadır. Qaçqınların yaşadığı binanın yanında qalırdı. Ona çox pis təsir eləyirdi. Möhkəm adam idi, dözürdü.

- Xeyli əsər yazmışdı. Dolanışığı necə idi?

- Şikayət eləmirəm. Normal dolanmışıq. Yüksək olmasa da, orta səviyyəli olub. Zeynəb Xanlarovanın müraciətindən sonra atama Prezident təqaüdü verildi. Evi İlham Əliyev verdi. Dövlət tərəfindən həmişə hörmət görüb. Sadəcə müəyyən qüvvələr mane olub. Orta məktəb dərsliyində demək olar ki, yoxdur. Qısa məlumat var. Niyə məktəblilər Sabir Əhmədlini tanımasın?

Yadıma bir əhvalat düşdü. Bir gün atamla gəzməyə çıxmışdıq, hələ məktəbə getmirdim. “Bəhram Gur” heykəlinin yanında atam bir nəfərlə çox səmimi görüşdü və xeyli söhbət etdi. Adam uzaqlaşandan sonra atam məndən soruşdu ki, tanıdın kimdi? Mən də “tanıdım” dedim. Çox təəccüblə kim olduğunu soruşanda “Mir Cəlal” dedim. Anam ədəbiyyat müəllimi idi, evdə dərsliklər vardı. Mən dərslikdəki şəklindən - xüsusi formalı buxara papaqdan tanıdım. Atam universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Mir Cəlalın sevimli tələbəsi olmuşdu. Mən ona görə dərsliklərdə müstəqil ölkəmizin ilk Xalq yazıçısı, şəhid atası haqqında geniş məlumatın olmasını istəyərdim ki, azərbaycanlı məktəbli onu tanısın.

- Onun 10 illik çap olunmadığı dövr olub.

- “Dünyanın arşını” romanı “Azərbaycan” jurnalında çap olunandan sonra. Hamısı yayımlanmadı, yarımçıq qaldı.

- Sonra necə oldu ki, yenidən çap olunmağa başladı?

- O əsər Moskvada “Novıy mir” jurnalında çap olunacaqdı. O jurnal SSRİ-də yeni nəfəs hesab olunurdu. Baş redaktoru da Tvardovski idi. Tərcümə olunmuşdu, çapa tam hazır idi. Bir ay qalmış Tvardovski intihar elədi. Sonra onun yerinə gələn baş redaktor atama məktub göndərdi ki, üzr istəyirik, çap edə bilmərik. O məktub bu gün də bizdə durur. Ondan sonra “Yamacda nişanə” yazıldı. O, daha kəskin idi.

- Sabir bəy qısqanc adam idi?

- Yox. Müasir adam idi. Xeyli ölkə gəzmişdi, görüb-götürmüşdü. Ancaq ciddi adam idi. Qardaşı Böyük Vətən müharibəsində, oğlu Qarabağ müharibəsində şəhid olmuşdu. Asan deyildi. Bütün bunlar onu sərtləşdirmişdi. Deyirdi ki, alnımıza yazılan budur. Ancaq qadağaları olmayıb.

- Söz götürən olmayıb.

- Bəli. O vaxt onu Yazıçılar İttifaqının partkomu seçiblər. KQB-yə işləyən adamlardan biri gəlib deyib ki, artıq bir yerdə işləyəcəyik. O vaxt İttifaqın birinci katibi Mirzə İbrahimov idi. Hamı bilirdi ki, o, İran əsilli idi, güclü əlaqələri var idi. Atam da deyib ki, mən burada işimi görəcəyəm. Siz deyən kimi işləyə bilmərəm. Sonra hərbi yığıncağa çağırıblar. Gələndən sonra partkomluqdan çıxıb.

Sözünü deməkdən heç vaxt çəkinməyib. O vaxt Bakıda Nərimanovun heykəlinin açılışı olmalı idi. Məmməd Araz da “Ədəbiyyat qəzeti”ndə baş redaktorun müavini idi. Heykəl açılmamış qəzetdə şəklini vermişdilər. Buna görə ona irad bildirmişdilər. İşdən çıxartmaq istəyirdilər. Onu bircə atam müdafiə elədi. Evdə belə söhbətlər etməzdi. Mən sonradan eştmişəm.

- Yaxın dostları kimlər idi?

- Əli Kərim, Altay Məmmədov, Məmməd Araz, Qabil, Tofiq Bayram, Sabir Rüstəmxanlı.

- Xəstəliyi var idi?

- Şəkər idi. Tez-tez qalxıb-düşürdü. Yataq xəstəsi olmayıb.

Hamı evdə idi. Vəziyyəti pisləşdi. Dedilər ki, xəstəxanaya aparaq. Getmək istəmirdi. Heç mən də istəmirdim. Apardılar. Xəbər gəldi ki, vəziyyəti ağırdır. Bir az sonra keçindi.

Bilirdim ki, rəhmətə gedəcək. Ancaq xəbəri eşidəndə gözümdən yaş sel kimi axdı, özümü hiss eləmədim.

- Son söhbətinizi necə xatırlayırsınız?

- Yaz idi. Eyvandan aşağı baxanda ərik ağacı görünürdü. Yoldaşım da göstərib dedi ki, gör nə gözəldir. Dedi ki, o sizin üçün elədi. Mən artıq onları görmürəm.

- Özünün harada dəfn olunması ilə bağlı vəsiyyəti var idi?

- Zarafatla deyirdi ki, sənə asan olacaq. Məhəmmədin yanına gələndə mənim də yanıma gələcəksən. Birincidə dəfn eləməzlər, ancaq İkincidə eləyərlər yəqin. Yenə də söz-söhbət olsun istəmədim. Dedilər ki, danışacağıq. Bir gün atam o vəziyyətdə qaldı. O bir gün mənə çox təsir elədi. Adət-ənənəmiz var axı. İkinci gün aparıb dəfn etdik. Niyə kiməsə ağız açmalıyıq? Həmin vaxt prezident ölkədə yox idi. Ramiz Mehdiyev sözü keçən ikinci adam idi. Atam 17 apreldə - onun ad günündə vəfat etdi. Atam haqqında deyirdi ki, yaxşı yazıçıdır, amma bizim adam deyil.

- Deyirlər ki, onun dəfnində Yazıçılar Birliyindən heç kim olmayıb.

- Bir neçə nümayəndə gəlmişdi. Anar sonradan məzarı üstünə gedib.

- Heç çap olunayan əsərləri var?

- Əlyazmaları var. Əl yazısını oxumaq çətindir, ancaq çalışırıq ki, onları kitablaşdıraq. Çap olunmayan iki romanı və hekayələri qalıb. Latın qrafikasında üç kitabını çap elətdirmişəm.

- Atanızın ən çox sevdiyiniz əsəri hansıdır?

- “Yamacda nişanə”. Mənə çox təsir eləyib.

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli" Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..." Fantast yazıçı vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see314

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see207

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see184

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see154

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see150

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see142

Bakı “ravvinlər sammiti”nə niyə fasilə verdi? Səssiz diplomatiyanın görünməyən tərəfləri

29 Oktyabr 2025 11:37see138

Yadigar Muradovun son durumu açıqlandı KONKRET

29 Oktyabr 2025 14:18see137

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see129

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see127

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see126

Trampın sərt xəbərdarlığı və Qəzzadakı kövrək atəşkəs: hadisələrin mümkün ssenariləri

29 Oktyabr 2025 20:09see126

İkitəkərli nəqliyyat vasitələri hansı təhlükələri yaradır? VİDEO

29 Oktyabr 2025 08:36see126

“Honda” çip çatışmazlığı səbəbindən avtomobil istehsalını dayandırdı

29 Oktyabr 2025 17:41see125

Aİ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir

29 Oktyabr 2025 17:58see125

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see125

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see124

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see124

Türk dünyasında yeni siyasi mərhələ başlayır ŞƏRH EDİLDİ

29 Oktyabr 2025 15:54see123

Böyük Britaniya Səudiyyə Ərəbistanı ilə 6,4 milyard funtluq müqavilə imzalanıb

29 Oktyabr 2025 14:35see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri