Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı: “Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub”

Sabir Rüstəmxanlı: “Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Nemət Pənahlı  Meydan hərəkatı vaxtı 10 milyon manat pul yığıldığını, həmin pulun AXC lideri, mərhum prezident Əbülfəz Elçibəy tərəfindən mənimsənildiyini iddia edib.

N.Pənahlının sözlərinə görə, pul yığıldıqdan sonra o, həbsxanaya düşüb. Həbsdən çıxdıqdan sonra isə həmin vəsaitin taleyi ilə maraqlanıb və pulu saxlayan Rəsul adlı şəxsdən haqq-hesab tələb edib:

"Bir gün Rəsulun həyat yoldaşı bir hüzür yerində mənimlə görüşüb ağlayaraq dedi ki, sən elə bilirsən, Rəsul sənə xəyanət edir? O sənə xəyanət etməyib. O yığılan pulun 70 faizini Əbülfəz Elçibəyə verib, qalanını da dayısı aldadaraq əlindən alıb, bir hissəsini də pul yığanlar talan ediblər. Bundan sonra Rəsulun özünü də hədələyiblər ki, bu məsələni Nemətə desən, səni öldürəcəyik".

Bu iddiaya Meydan hərəkatının liderlərindən olan sabiq deputat Sabir Rüstəmxanlı “Cebheinfo.az” vasitəsilə cavab verib. 

- Son günlər Nemət Pənahlının mərhum prezident Əbülfəz Elçibəylə bağlı səsləndirdiyi fikirlər və 10 milyon məsələsi müzakirə olunur. Siz Meydan hərəkatını idarə edən şəxslərdən biri olmusunuz. İddialara münasibətiniz necədir?

- Bu, məni təəssüfləndirir və hesab edirəm ki, hər kəs öz məsuliyyətini bilməlidir. “Xalq hərəkatını, Meydan hərəkatını “KQB” və ya hökumət təşkil edib” və s. kimi sözlər sərsəm fikirlərdir. 

Bir milyon yarım insan öz iradəsi ilə meydana çıxmışdı. Xalq öz torpaqlarına qarşı işğalçı niyyətlərə “yox” demək, erməni işğal siyasətinə etirazını ortaya qoymaq üçün meydana toplaşmışdı. Bu prosesi “KQB”, yaxud başqa hər hansı qüvvə ilə bağlamaq doğru deyil.

Qaldı ki, orada pul yığılması və s. orada kim pul yığıb? 

Bilirdik orada bir çadır var və Rəsul adlı oğlan pul yığır. Daha sonra isə həmin pullarla bağlı müxtəlif versiyalar dolaşmağa başladı, guya kimlərsə alıb, kimlərsə verib. Bu barədə xoşagəlməz söz-söhbətlər yayılır. Mən isə şəxsən inanmıram ki, Əbülfəz Elçibəy meydanda toplanan pullara göz diksin. Onun pulu mənimsəyəcəyi qətiyyən ağlıma batmır. 

- Sizcə, bu məsələ niyə indi ortalığa atılıb?

- Nemətlə bağlı çox şeylər olmasına baxmayaraq münasibətlərimiz davam edir. Ancaq hesab edirəm ki, o, bu məsələdə yanlış mövqe tutur. Elçibəy şəxsən xalqın boğazından kəsərək meydana göndərdiyi vəsaitlərə heç vaxt göz dikməzdi. Mən belə düşünürəm.

- Elçibəyin ailəsi Nemət Pənahlını məhkəməyə verəcəyini deyib.

- Nemətin barəsində çox aşağılayıcı sözlər yazırlar. Buna yol vermək olmaz, bu düzgün deyil. Hər kəs öz fikrini ifadə edir. Elçibəy artıq haqq dünyasındadır, öz işini görüb gedib. Üstəlik, Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub. O, Neməti qoruyur, onu meydanın layiqli lideri səviyyəsinə yüksəltmək istəyirdi. 

Müəyyən proseslər var idi. Amma Nemət onun zəhmətini dəyərləndirmədi, amma dəyərləndirməli idi. Təəssüf ki, həmin dövrdən başlayaraq Elçibəylə bağlı yaranan konflikt və Nemətin bu məsələyə münasibəti davam etdi. Bunun arxasında nə dayanır, bunu dəqiq demək çətindir.

Elnarə Kərimova
“Cebheinfo.az”

Açar sözlər: Sabir Rüstəmxanlı Nemət PənahlıƏbülfəz Elçibəy

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri