Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı yaradıcılığı milli yaddaşla yüklənir...

Sabir Rüstəmxanlı yaradıcılığı milli yaddaşla yüklənir...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bir İmza, Bir Şeir layihəmizin bu axşamkı qonağı Sabir Rüstəmxanlıdır.

Xoş gördük, Sabir bəy.

Xoş gördük, sözlü oxucum!

Əsarətin payızında qoca bir ana evdən çıxır, çörək dalınca gedir,

amma ...ХЛЕБ...sözünü oxuya bilmir, əliboş qayıdır.

Biçarə ana bunu məktubla oğluna yazır.

Oğulun həsrəti bu sətirlərlə daha da üsyana dönür.

Belə vaxtlarda ana dilinə qayıtmaq

elə həyatı qaytarmaqdır,

sənəti qaytarmaqdır,

özünü, kimliyini itirməməkdir.

Təxminən bir əsr boyunca ivrit dili ana dili kimi danışılmamış, yalnız dini mətnlərdə və ədəbiyyat dili kimi muzeyləşirdi. 19-cu əsrin sonlarında dilçi Eliezer Ben-Yehuda bu dilin dirçəlişinə rəhbərlik edərək... İvrit dilini gündəlik həyata qaytarmağı bacarmışdır.

​O, əsasən dini mənbələrə və ivritdilli şairlərin əsərlərinə söykənərək dilin söz yaradıcılığını yenidən canlandırmışdır. Bu tarixi nümunə bir daha sübut edir ki, milləti millət kimi qoruyan dildir, dili isə yaşadan və qoruyan onun şairləridir.

Əgər əksini düşünsək,

Məşhur dilçi Ken Hale dillərin itməsi haqqında həmin o deyimi xatırlayaq gərək,

​...Bir dilin yox olması, bir muzeyin və ya kitabxananın tamamilə yanması kimidir...

Mənə elə gəlir ki, dilin semantikasını zənginləşdirən şairlərlə, poeziyanın estetikasını dəyişən şairlər fərqli dünyalarda yaşayırlar...

Bəli, Sabir Rüstəmxanlı sematikanın şairidir.

Elə isə haqqında danışacağım şeiri oxuyaq,

Qollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağım altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı…

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: "Danışır Bakı!"

Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılınc tək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qəmim, kədərim

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim.

Hanı Xanım çaylar, hanı bəy göllər,

Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

Ala dağ, Qara dağ…di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,

Oranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri…

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam...

Söz sənətində dili dağıdan, onun sərhədlərini pozaraq ifadənin yeni imkanlarını açan şairlər də var əlbəttə. Belə müəlliflərin mətnində dil vasitəlikdən çıxıb hadisənin özünə oxşayır. Yəni, daha çox sənət imkanlarıyla dil yaratmaqdır, bu.

Bunu Roman Jakobsonun təbirincə desək, dilin özünə yönəlməsi halıdır, söz artıq nəyisə demək üçün bəs etmir, özünü göstərmək üçün mövcuddur. Yəni, dilin estetikliyi o qədər zəngin olmalıdır ki, o bizim qorxduğumuz psixologiyanı bizə göstərə bilsin.

Poeziyada digər bir xətt isə dili nizama salmaq, durultmaq yoludur. Yəni, dil var, bundan necə sənət düzəltmək olar?

Burada məqsəd dilin daxilində sarsılmaz bir sistem qurmaqdır. Ferdinand de Sössörün dediyi kimi, dil işarələr sistemidir, bu sistemdə sabitlik yoxdursa, ünsiyyət və məna da yoxdur. Bu tip şairlər dili müəyyən ölçülər daxilində dondururlar. Və dilin sərhədlərini qorumaqla mükəlləfdirlər. Ludviq Vitgenşteyn deyirdi ki...Dilimin sərhədləri dünyamın sərhədləridir... yəni dil işğalçı olanda beyin də, torpaq da işğal görür. Dili qorumaq həm də düşüncənin və coğrafiyanın koordinatlarını qorumaqdır.

Qollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.

Sabir Rüstəmxanlı yaradıcılığı məhz bu soydandır. Onun şeirlərinin dil dağılmır, eksperimental xaosa sürüklənmir. Əksinə, dil səliqəyə salınır, milli yaddaşla yüklənir və şəffaf bir axara salınır. O, təkcə poetik obraz yaratmır, həm də dilin işlək...doğru...və etalon modelini mühafizə edir. Burada fundamental bir paradoks mövcuddur. Bu yaradıcılıq tipi poetik riskdən qaçış kimi görünə bilər. Amma mahiyyətcə bu, dilin kollektiv yaddaşını qoruyan bir psixoloji davranışdır.

Barmağım altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı…

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: “Danışır Bakı!”

Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Gözəl Azərbaycan dilinə tuşdu.

Psixoloji baxımdan mətn parçalanmış millət və təhlükə altında olan milli mənlik hissindən doğur. Eyni zamanda dövrün texnoloji elementlərinin şeirə daxil edilməsi modernlik təsiri yaratmaq cəhdidir. Bu, 80-ci illərin dəbi olmaqla yanaşı, həm də bədii bəyanat xarakteridir. Şair oxucu ilə fərdi poetik münasibət qurmur, daha çox çoxluğun dilinə öyrənir. Bəli

Döyüşdə qılınc tək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.

Dil burada ərazi kimi funksionallaşdırılır. Bu, itirilmiş siyasi və sosial gücün dil üzərindən kompensasiyasıdır. Dil bütün çatışmazlıqları örtən simvolik sığınacaqdır. Şair üçün vətən özü də ümumilikdə ibtidai psixologiyanın məhsuludur, yəni bir dil faktıdır. Amma məsələ ondadır ki, vətən haqqında yazan şair əgər bu mövzunu ideloji psixologiyanın hazır yaratdığı mənadan çıxış edərək qurursa, o zaman o, həmin hazır mənanın kölgəsinə sığınmış olur. Yəni vətəni yenidən yaratmır, daha geniş mövcud olanın içində hərəkətdədir.

Bu dildə sevincim, qəmim, kədərim

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!

Bu misralarda poeziyanın özü dil üsyanıdır, vətən sübutudur. Və müəllif poeziyanı sərhədli düşüncə içində görür. Buna görə də fərdi estetik enerji ilə yeni poetik dünya qurmaq imkanı zəifləyir. Mətndə dil daha ürəkli ideoloji mövqedədir.

Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim.

Bədii qurluş baxımından dəfələrlə eşitdiyimiz Klassik Şərq poeziyasına məxsus obrazların modern elementlərlə ayaqlaşmaq istəyi bəzən estetik həvəssizlik yaradır.

Hanı Xanım çaylar, hanı bəy göllər,

Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

Ala dağ, Qara dağ… di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,

Oranı halalca yurdum sanmışam.

Kollektiv psixologiyada dil carçılığı kollektiv şüurun məhsuludur. Dili qorumaq da kollektiv psixologiyanın əməyidir. Şairlər bu mənada həmin kollektiv yaddaşın vətəndaşlarıdır. Amma sənət daha çox fərdi psixologiyada yaranır, burada ekzistensial duyğu və absurd hissi gözə dəymir. Müəllif isə daha çox kollektiv dilin kölgəsində dayanır.

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri…

Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!

...Üstünə yüyürdü Quran dilləri...

bu misra əsrlər boyu davam edən ərəb əsarətimizin ən güclü bədii rəmzidir. Budur dilin poeziyası!

​Qapı arxasına itələnən, "Haqq" inadına görə dabanı soyulan Nəsimilər...Cavidlər

Bu sətirlər həm imperiyaların dar ağacları qarşısında əyilməyən şəxsiyyətlərimizin, həm də o caynaqlardan min bir əzabla qurtulan ana dilimizin ağrılı keçmişidir.

Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağam...

Şeirin sonunda dil artıq milli mövcudluq davasının poetik barışığına çatır...

Müəllifə hörmətlə

Gələn görüşlərədək...

Cavid FƏRZƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Aprel 2026 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri