Icma.az
close
up
RU
Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsində Azərbaycan ədəbi dilinin böyük söz bazasının yaradılması sahəsində işlər uğurla davam etdirilir. Bu günlərdə şöbədə daha bir uğura imza atılıb.

İnstitutdan Bakupost.az -a verilən məlumata görə, görkəmli Azərbaycan şairi, nasir, publisist, ictimai-siyasi xadim, milli-azadlıq hərəkatının rəhbərlərindən biri, Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyinin konkordansı hazırlanıb və korpus.azerbaycandili.az saytında yerləşdirilib.

Konkordansın tərtibçiləri filologiya elmləri doktoru, professor Məsud Mahmudov və filologiya elmləri doktoru, professor İlham Tahirovdur. İşin proqram təminatını fizika-riyaziyyat elmləri namizədi Səxavət Talıbov və Vasif Həşimov icra ediblər.

Konkordans latıncada concordare “razılığa gəlmək”, “razılaşdırmaq”, ingiliscədə concordance “razılıq”, “uyğunluq” mənalarında işlənir. Dilçilikdə konkordans “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, “mənbəyə istinad verilməklə mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Konkordanslar hər hansı sözün məna və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Nəticə etibarilə konkordanslar milli dil korpusunun tərkib hissəsi kimi çıxış edir.

Konkordans materialının təhlili nəticəsində Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyində ümumən 1 777 566 sözün (söz-formanın) işləndiyi (I cild – 34583, II cild – 36647, III cild – 37136, IV cild – 61005, V cild – 137369, VI cild – 140240, VII cild – 161690, VIII cild – 160443, IX cild – 149281, X cild – 157171, XI cild – 174290, XII cild – 142615, XIII – 154080, XIV – 149840, XV – 71176) müəyyən edilib.

Xalq şairinin əsərlərinin 15 cildliyində qeydə alınmış çoxişlənən sözlərə aşağıdakıları nümunə göstərmək olar: Azərbaycan – 6091, türk – 5213, qan – 3754, kənd – 2600, ana – 2570, millət- 2525, dövlət – 2422, ruh – 2395, vətən – 2280, milli – 1894, ölkə – 1670, sevgi – 1554, dərd – 1458, yurd – 1412, torpaq – 1145, mədəniyyət – 1054, düşüncə – 916, müstəqil – 812, nəğmə – 734, vətəndaş – 712, ömür – 654, ziyalı – 632, təbiət – 585, respublika – 575, azadlıq – 561, törə – 451, yaddaş – 403, birlik – 353, gözəllik – 305, vətəndaşlıq – 252, saz – 242, müstəqillik – 219, Turan – 146 və s.

Konkordansda sözlər tərkibində işləndiyi cümlələrlə birlikdə siyahı şəklində, qeydə alındığı cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunur və görkəmli söz ustasının dilinin zənginliyini əyani nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, indiyə qədər Süni intellekt və kompüter dilçiliyi şöbəsində repressiya qurbanları olmuş görkəmli Azərbaycan şairləri Hüseyn Cavid və Mikayıl Müşfiqin əsərlərinin, Azərbaycan xalqının əbədiyaşar abidəsi “Kitabi-Dədə Qorqud”un mükəmməl konkordansları hazırlanıb və saytda yerləşdirilib.

Azərbaycan dilçiliyində konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında işlərin davam etdirilməsi, Azərbaycan dilinin, ümumtürk yazılı abidələrinin dilini, Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin əsərlərini əhatə edən yeni konkordansların hazırlanması nəzərdə tutulur.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin axtarışları nəticəsində 86 ildən sonra tapılmış, tərtibçisi olduğu, giriş və şərhlər yazaraq nəfis şəkildə nəşr etdiyi ümumtürk yazılı abidəsi, Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərinin özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən ərəb dilindən (orijinaldan) Azərbaycan dilinə tərcüməsinin konkordansının hazırlanması yaxın gələcək üçün planlaşdırılır.

Aysel,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:353
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 İyun 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri