Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsində Azərbaycan ədəbi dilinin böyük söz bazasının yaradılması sahəsində işlər davam etdirilir. Bu günlərdə Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyinin konkordansı hazırlanıb və korpus.azerbaycandili.az saytında yerləşdirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, konkordansın tərtibçiləri filologiya elmləri doktorları, professorlar Məsud Mahmudov və İlham Tahirovdur. İşin proqram təminatını fizika-riyaziyyat elmləri namizədi Səxavət Talıbov və Vasif Həşimov icra ediblər.

Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, konkordans materialının təhlili nəticəsində Sabir Rüstəmxanlının əsərlərinin 15 cildliyində ümumən 1 777 566 sözün (söz-formanın) işləndiyi müəyyən edilib. Konkordansda sözlər tərkibində işləndiyi cümlələrlə birlikdə siyahı şəklində, qeydə alındığı cild və səhifə göstərilməklə istifadəçiyə təqdim olunur və görkəmli söz ustasının dilinin zənginliyini əyani nümayiş etdirir.

İndiyə qədər Süni intellekt və kompüter dilçiliyi şöbəsində repressiya qurbanları olmuş görkəmli Azərbaycan şairləri Hüseyn Cavid və Mikayıl Müşfiqin əsərlərinin, Azərbaycan xalqının əbədiyaşar abidəsi “Kitabi-Dədə Qorqud”un mükəmməl konkordansları hazırlanıb və saytda yerləşdirilib.

Azərbaycan dilçiliyində konkordansların hazırlanması prosesində toplanmış təcrübə əsasında işlərin davam etdirilməsi, Azərbaycan dilinin, ümumtürk yazılı abidələrinin dilini, Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin əsərlərini əhatə edən yeni konkordansların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin axtarışları nəticəsində 86 ildən sonra tapılmış, tərtibçisi olduğu, giriş və şərhlər yazaraq nəfis şəkildə nəşr etdiyi Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərinin özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən ərəb dilindən (orijinaldan) Azərbaycan dilinə tərcüməsinin konkordansının hazırlanması planlaşdırılır.

Qeyd edək ki, konkordans latıncada concordare “razılığa gəlmək”, “razılaşdırmaq”, ingiliscədə concordance “razılıq”, “uyğunluq” mənalarında işlənir. Dilçilikdə konkordans “kontekst söz göstəricisi”, “kontekstlər siyahısı”, “mənbəyə istinad verilməklə mətndə işlənmiş bütün dil vahidlərinin (söz-formaların) işlənmə siyahısı” anlamında qəbul edilir. Konkordanslar hər hansı sözün məna və məna çalarlarını öyrənmək baxımından əhəmiyyətlidir. İstər nəzəri dilçilikdə sözün semantik təbiətinin araşdırılması, istərsə də müxtəlif lüğətlərin tərtibi prosesində konkordanslardan mənbə kimi istifadə oluna bilər. Nəticə etibarilə konkordanslar milli dil korpusunun tərkib hissəsi kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri