Icma.az
close
up
RU
“Sabir Rüstəmxanlının şeirlərindən birini ortaya qoyun, ciddi ədəbiyyatı, sənəti əks etdirsin...” TƏNQİD

“Sabir Rüstəmxanlının şeirlərindən birini ortaya qoyun, ciddi ədəbiyyatı, sənəti əks etdirsin...” TƏNQİD

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Demokratam” deyib, söz və düşüncə azadlığına qarşı hər məqamda, hər addımbaşı aqressivlik göstərən qəribə bir toplum formalaşıb...”

Sabir Rüstəmxanlının ədəbi uğursuzluğu... 

Əgər mövzu şəxsən Sabir Rüstəmxanlı və ədəbiyyatdırsa, o zaman yaxın gəlin, bir — iki kəlmə də sözüm var. Öncə onu deyim ki, bir dəfə də yazmışdım, Sabir Rüstəmxanlı da daxil olmaqla “demokratam” deyib, söz və düşüncə azadlığına qarşı hər məqamda, hər addımbaşı aqressivlik göstərən qəribə bir toplum formalaşıb. Bu tendensiyadan xilas olmaq lazımdır... Bəs, harada qaldı demokratiya, ay azadlıq carçıları? Qayıdım, Sabir Rüstəmxanlı və ədəbiyyat mövzusuna... 

Bilirsiniz, əksəriyyət hələ də ciddi ədəbiyyatın mahiyyət etibarı ilə özünəməxsus xüsusiyyətlərə, prinsiplərə malik olmasını qəbul etmir... edə bilmir... etmək istəmir! Ədəbiyyat bir ayrı ilahi — idraki — fövqəl NƏSNƏdir, hadisədir... Əzizlərim, oxumuşuq da Sabir Rüstəmxanlının şeirlərini. Dəfələrlə oxumuşuq. İlahiləşdirdiyiniz “Sağ ol, ana dilim”i də, “Salam, Gəncə qapısı”nı da... və s. oxumuşuq. Eyni zamanda Sabir Rüstəmxanlının ədəbi təfəkkürünün fundamental, gerçək YARADICI MEXANİZMdən uzaq olmasına da bələdik... 

Sabir Rüstəmxanlının şeirləri ilə bağlı fikirlərimi öncəki dönəmlərdə də bir neçə dəfə ifadə etmişəm. Söz düşmüşkən, qısaca bir daha deyim ki, o şeirlərin mahiyyətində müəllifin SPESİFİK YARADICI POTENSİALı, ədəbi hadisəni ortaya qoyacaq novatorluğu, eyni zamanda ciddi mətn çalarları dayanmır. Yalnız, populizm... sentimentallığın ibtidai forması... “tribuna didaktikası”... publisistik — kütləvi fikirlərin texniki səsləşməsi... və emosional nəzm! Məhz bu detallardan ibarətdir o şeirlər. Bu detallar isə ciddi ədəbiyyatın, sənətin yaradılışına, belə demək mümkündüsə, “İlahi geninə” yaddır...  Sabir Rüstəmxanlını kor-koranə “müdafiə” etməkdənsə, yenə deyirəm, yazdığı şeirlərdən birini ortaya qoyun, ciddi ədəbiyyatı, sənəti əks etdirsin... 

Emil Rasimoğlu, yazar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri