Icma.az
close
up
RU
Sabirabadda gəncin sevgisi dava ilə nəticələndi: Həmkəndlisinə xəsarət yetirdi

Sabirabadda gəncin sevgisi dava ilə nəticələndi: Həmkəndlisinə xəsarət yetirdi

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabirabad rayonunda 1996-cı il təvəllüdlü Saleh şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Tahirə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin mayın 29-da rayonun kəndlərindən birində baş verib. Kənd sakini Saleh həmin gün saat 13 radələrində həmkəndlisi Tahirə məxsus “Mercedes-Benz” markalı avtomobilin içərisində onunla mübahisə edib. 
Saleh aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində, yəni Tahirin onunla sevgi münasibətində olan həmkəndlisi Sevdanı narahat etməsi səbəbindən yaranmış mübahisə zamanı qisas niyyəti ilə qəsdən yumruğu ilə onun baş və bədəninin müxtəlif nahiyələrinə vurub. 
Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Tahirlə aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur: 
“Tahir dövlət qurumlarından birində  işləyir. Onunla aramızda olan narazılığın səbəbi mənim sevdiyim qızın tez-tez arxasınca düşməsi, onu narahat etməsi olub. Sevda ilə aramızda sevgi münasibətləri var.
Niyyətim onunla ailə qurmaqdır. Lakin Sevdanın 18 yaşı tamam olmadığı üçün onun yaşının tamam olmasını gözləyirəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Sevda ilə sosial şəbəkədə yazışması ilə bağlı mesajlar var: 
"Sevda mənə öz profil hesabı ilə mesajlar yazıb. Həmin mesajlar mənim Tahirlə mübahisəmdən bir neçə gün əvvələ aiddir. Sözügedən mesajların əks olunduğu videogörüntüləri istintaqa təqdim etmişəm. Sevda mənə yazdığı mesajların mətnlərdə Tahirin onların evinin yaxınlığına gələrək onu narahat etməsi barədə məlumat vermişdi. Bundan sonra  bunu bildiyim üçün mayın 29-da, saat 13 radələrində Tahirə zəng etdim, görüşmək istədiyimi bildirdim. 
O, sahədə su suvardığını bildirdi. Ondan yerini soruşdum. Təxminən 45-50 dəqiqə sonra Tahir özünə məxsus olan avtomobili ilə yanıma gəldi. Avtomobili saxlayaraq pəncərədən avtomobilə minməyimi dedi. Mən də onun maşının qabaq oturacağında oturdum. Tahir avtomobili Axtaçı-Muğan kəndi istiqamətində sürməyə davam etdi. Ona avtomobilə minən kimi həmkəndlimiz və istədiyim qız olan Sevdanın yaşadığı küçəyə dəfələrlə gedərək onu narahat etdiyini bildirdim. Bu zaman Tahir yaxşı etdiyini dedi”. 
Salehin bildirdiyinə görə, daha sonra Tahir qəflətən sol əli ilə onu üz nahiyəsindən yumruqla vurub:
“Tahirdən hansı səbəblə məni vurmasını soruşdum. O, mənə söhbətin yerinin bura olmadığını və meşəyə gedəcəyimizi dedi. Mən meşəyə getməmək və özümü qorumaq məqsədilə iki-üç dəfə Tahirin baş, sifət nahiyyəsinə sağ əlim ilə yumruq zərbəsi vurdum. Zərbələrdən biri Tahirin burun nahiyyəsinə dəydi və burnundan qan axmağa başladı. Mən avtomobili saxlamaq üçün sükana əlimi ataraq kənara çəkdim. Bu zaman Tahir avtomobili əyləci basaraq saxladı. Həmin zaman biz artıq qardaşıma məxsus çayxananın qarşısında idik. Tahir maşını saxlayan zaman yerdən toz qalxdı. 
Mən avtomobildən yerə endim. Bu zaman həmkəndlimiz Əli və atam Nadir qaçaraq yanımıza gəldilər. Onlar çatan zaman Tahir də maşından düşərək yaxamdan yapışdı. Atam və Əli bizi ayırdılar. Eyni zamanda əmim oğlu Elgün də idarə etdiyi “Qazel” markalı avtomobillə oraya gəldi. Atam Tahirdən nə baş verdiyini soruşdu və kömək lazımdırsa, edə biləcəyini dedi. Tahir isə avtomobilə minərək oradan getdi. Sonradan mənə məlum oldu ki, barəmdə polisə şikayət edib. Atam hadisə vaxtı Tahirə heç bir xəsarət yetirməyib”. 
İş üzrə şahid qismində ifadə verən Sevdanın sözlərinə görə, Saleh onun oxuduğu məktəbdə işləyir:
“Mənim Salehlə Tahirin dalaşmalarını eşitməmişəm. Tahirin maşınını, nə də onun bizim evimizin yaxınlığında olmasını görməmişəm. Mənim telefonum və sosial hesabım olmayıb. Lakin Salehlə yazışmışam. Yazışmamız yadımda deyil. Yazışan zaman Tahirin məni narahat etməsini Salehə bildirməmişəm”.
Sevda qeyd edib ki, bir müddət sonra Salehin ailəsi onların evinə elçi gəlib: 
“Valideynlərim və özüm razılıq vermədim. Məktəbə gedəndə də Saleh arxamca düşüb, lakin ona heç nə deməmişəm”.
Zərərçəkmiş Tahir isə ifadəsində göstərib ki, adı işdə keçən Sevda ilə heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə, Saleh tərəfindən xidməti vəzifəsinin icrası ilə bağlı döyülüb. Bildirib ki, Saleh ona tək xəsarət yetirməyib, ona atası da köməklik edib. 
Zərərçəkmiş ifadəsində göstərib ki, təqsirləndirilən şəxsə verilən ittihamla razı deyil. O, işin ibtidai istintaqa qaytarılmasını, Salehin atası Nadirində cinayət məsuliyyətinə cəlb edilməsini, Salehə isə daha ağır cəza verilməsini istəyib. 
Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırdığını qeyd edib. Ondan 5000 manat maddi və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 10000 manat alınmasaını və ona verilməsini istəyib. 
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Saleh 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub. 
Bundan başqa, onun bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi tapşırılıb. 
Ona yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməsi də qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi tapşırılıb. 
Habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq öhdəliyi üzərinə qoyulub. 
Bundan əlavə təyin olunan cəza müddəti bitənə kimi kütləvi və digər tədbirlər təşkil etməsi qadağan olunub, belə tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılıb. 
Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını əsassız hesab edib və təmin edilməməsi barədə qərar verib. 
Hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verib. O, hökmün qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş edib. 
Zərərçəkmiş şəxs iddia edib ki, təyin edilmiş cəza cinayətin xarakterinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. 
O, Sabirabad Rayon Məhkəməsinin 9 aprel 2025-ci il tarixli hökmünü ləğv edilməsini, təqsirləndirilən şəxsə daha ağır ittiham verilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etməyi istəyib. 
Zərərçəkmiş şikayətində deyib ki, qeyd olunan məsələ mümkün olmadığı halda isə hökmün təqsirləndərilən şəxsə təyin edilmiş cəza hissəsində dəyişdirilməsini, ona daha ağır, azadlıqdan məhrum etmə cəzası verilməsi barədə və mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi istəyib. 
Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. 
Yuxarı instansiya məhkəməsinin hakimləri Sabirabad Rayon Məhkəməsinin çıxardığı hökmüm mülki iddianın maddi zərər hissəsində dəyişdiriblər. Mülki iddia maddi zərərin tələbinə dair hissədə baxılmamış saxlanılıb.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see264

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see154

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri