Icma.az
close
up
RU
Toyuna hazırlaşan gənc həmkəndlisinə xəsarət yetirdi

Toyuna hazırlaşan gənc həmkəndlisinə xəsarət yetirdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Şəmkir rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 26-da rayonun kəndlərindən birində baş verib. 
1995-ci il təvəllüdlü Əfqan Əlvanın (adlar şərtidir – red.) anası ilə mobil telefonda kobud danışmasına görə aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifətinə, dəmir ilə isə başına vurub. 
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 26-da, saat 22 radələrində yaşadığı evin yaxınlığında həmkəndlisi Əlvan ilə aralarında olan borc məsələsinə görə mübahisə yaranıb: “Mübahisə zamanı yumruq və əlimdə olan dəmir parçası ilə zərərçəkmiş şəxsin sifət, baş nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirdim”. 
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anası Səidənin sözlərinə görə, oğlu evlənməyə hazırlaşdığı üçün yaşadıqları evi təmir etdirmək üçün əri Baba təmir işləri üçün həmkəndlisi Əlvana zəng edib: “2024-cü ilin sentyabr ayının əvvəllərində Əlvan yaşadığımız evdə işləməyə başladı. O, işləyən zaman ərim ona hissə-hissə 600 manat verdi. Oktyabrın 26-da, saat 22 radələrində yaşadığım evdə olarkən Əlvan mənə zəng etdi və yaşadığım evdə olan atı 600 manat qarşılığında aparmaq istədiyini bildirdi. Mən isə Əlvana həmin atın 700 manata satacağımı, 600 manatı verməyəcəyimi bildirdim. Bu zaman oğlum yanımda olub. O, mobil telefonu əlimdən aldı, Əlvan ilə mübahisə etməyə başladı. Bundan bir müddət sonra yaşadığım evdə olarkən çöldən səs-küy gəldiyini eşitdim Çölə çıxan zaman yaşadığım evin yaxınlığında oğlum Əlvanı döydüyünü, ərim və qonşumuzun onları aradıqlarını gördüm”. 
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş də onu bağışlayıb. 
Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Noyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri