Icma.az
close
up
RU
Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək

Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Sabirabad rayonunda əkin sahələrinin yararsız hala düşməsinə səbəb olan qrunt suları probleminin həlli istiqamətində tədbirlər görüləcək.

"Report"un Aran bürosunun məlumatına görə, rayonun Qasımbəyli kənd inzibati ərazi dairəsində yaşayan sakinlər uzun illərdir qrunt sularının yaratdığı çətinliklərlə üzləşirlər.

Sakinlərin sözlərinə görə, Kür və Araz çayları, həmçinin Sarısu gölü əhatəsində yerləşən ərazidə vaxtilə qrunt sularının kənarlaşdırılması üçün beş nasos stansiyası fəaliyyət göstərirdi. Nasosların işləməsi nəticəsində torpaqlarda pambıq, taxıl və yonca becərilir, eyni zamanda nar bağları salınırdı.

Lakin torpaqlar islahata verildikdən sonra nasos stansiyalarının əksəriyyəti fəaliyyətini dayandırıb. Hazırda beş nasosdan yalnız ikisinin işlək vəziyyətdə olması qrunt sularının vaxtında ərazidən uzaqlaşdırılmasına imkan vermir. Nəticədə onlarla hektar əkin sahəsində su yığılıb, torpaqlar kənd təsərrüfatı üçün yararsız vəziyyətə düşüb.

Sakinlər bildirirlər ki, artıq 20 ildən çoxdur eyni problemlə qarşılaşırlar. Hər il taxıl, yonca və pambıq əkilsə də, qrunt sularının səviyyəsinin yüksəlməsi məhsuldarlığa ciddi zərbə vurur və fermerlərin zəhməti nəticəsiz qalır.

Onların sözlərinə görə, problem təkcə əkin sahələrinə deyil, çoxillik bağlara da ciddi ziyan vurur. Belə ki, müxtəlif illərdə salınan nar bağları qrunt sularının təsirindən quruyaraq məhv olub.

Sakinlər qeyd edirlər ki, problem yalnız Əsgərbəyli kəndində deyil, Qasımbəyli kənd inzibati ərazi dairəsinə daxil olan Qasımbəyli, Axtaçı və Muradbəyli kəndlərində də müşahidə olunur. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, qrunt sularının ərazidən daha effektiv şəkildə uzaqlaşdırılması məqsədilə nasos stansiyalarının gücünün artırılması nəzərdə tutulur. Qurumdan verilən məlumata görə, əraziyə xidmət göstərən asfalt yolun altından keçən mövcud borulu keçid aparılan təhlillərin nəticələrinə əsasən su axınının həcmini qarşılamaq üçün kifayət etmir. Bu səbəbdən həmin keçidin açıq körpü (su keçidi) ilə əvəz olunması planlaşdırılır.

Bildirilib ki, yaxın vaxtlarda ərazidə əsaslı təmir və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur. Görüləcək tədbirlərin nəticəsində Qasımbəyli kənd inzibati ərazi dairəsində uzun illərdir mövcud olan qrunt suları probleminin həll ediləcəyi gözlənilir.

❮ ❯

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see416

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see347

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see343

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see312

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see303

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see301

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see300

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see293

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see274

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see273

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see263

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see259

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see254

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see250

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see245

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see243

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri