Sabirabadda uçan körpü sakinlərin nəqliyyat əlaqəsini KƏSDİ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir aya yaxındır Sabirabadın Sərxanbəyli kəndinin, eləcə də bir neçə yaşayış məntəqəsinin yolu kəsilib. Buna səbəb isə yolun üzərindəki körpünün uçmasıdır.
Redaktor.az xəbər verir ki, körpünün uçması kənd sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Belə ki, nəqliyyat vasitələri ilə qarşı tərəfə keçid məhdudlaşıb. Nəticədə sakinlər digər kəndlərə və əkin sahələrinə getmək üçün kilometrlərlə yol qət etməli olurlar.
Sakinlər İctimai TV-yə bildiriblər ki, bu, vaxt itkisidir və insanlar üçün çətinlik yaradır.
Aşağı Muğan Meliorasiya İdarəsindən məlumat verilib ki, məsələ ilə bağlı alternativ yol hazırlanır. Həmçinin körpünün yenidən bərpası ilə bağlı aidiyyəti qurumlara göstəriş verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 18 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















