Sabirabadlı şagirdlərin palçıqlı məktəb yolları VİDEO
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sosial şəbəkədə maraq doğuran bir paylaşımın sorağı ilə Sabirabadın Əliləmbəyli kəndinə gəldik. Söhbət kəndin məktəb müəlliməsi Günel Əliyevanın öz tiktok səhifəsində çəkdiyi videodan gedir. Müəllimə paylaşımında şagirdlərinə elm öyrətmək üçün hər gün palçıqlı yollarla məktəbə gedib gəlməsindən gileylənir. Günel müəllimənin haqlı narazılığı böyük marağa səbəb olmuşdur. Tək müəllimə yox bu yolla hər gün şagirdlər, onların valideynləri palçığın, çamurun içində bu yolları qət etməklə əzab çəkirlər. Hamıda belə bir təsəvvür var ki, kənd yolları belə olmalıdır. Hər birimizin başında sual doğuran belə bir sterotip var ki, bəyəm hər qapının ağzına asfalt çəkilmələdir ki…? Əlbəttə yox! Amma kəndin daxili yolları çox baha olmayan çınqıl və digər istehsalat tullantıları ilə bərkidilə bilər. Yol kanarlarında kiçik su aparan kanallar çəkib yolları palçıqdan xilas etmək olar. Sakinlər də bizi görüb dərdlərini bizimlə bölüşdülər”.
Lent.az xəbər verir ki, bu fikirlər APA TV-nin Əliləmbəyli kəndindən hazırlanan video reportajında səslənir.
Reportajın tamamını videomaterialda izləyə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















