Icma.az
close
up
RU
APL Fantasy : Liqası nın ilk qalibi sabirabadlı müəllim oldu

APL Fantasy : Liqası nın ilk qalibi sabirabadlı müəllim oldu

Fanat saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasında ilk tura yekun vuruldu. Açılış turunun qalibi təkcə meydanda güclü olan komandalar yox, həm də AFFA-nın yeni layihəsinin - "APL Fantasy"-nin iştirakçıları oldu.

Fanat.Az-ın bu layihəyə qoşularaq yaratdığı virtual "Fanat.Az Liqası"nın ilk qalibi də müəyyənləşib. 

Azərbaycan Premyer Liqasının oyunları üçün özünün komandasını ("Ayeddin PFK") formalaşdıran Ayəddin Abdullayev (qeydiyatdan Ələskərli soyadı ilə keçib) ilk turda hamıdan çox - 76 fantazi xalı toplayıb.

Qalibimiz Abdullayev Ayəddin Rza oğlu Saatlı rayonu Qaracalar kənd sakinidir. 30 yaşı var, təlimçi-müəllimdir, repetitorluq fəaliyyəti ilə məşğul olur. Belə görünür ki, bundan sonra daha bir əlavə gəlir yeri olacaq. Hər halda, artıq 50 AZN əldə edib.

Ayəddin müəllim Azərbaycan futbolu ilə yaxından maraqlandığını və indiyə qədər müxtəlif platformalarda "fantazi" oynadığını etitaf edib: 

"İndiyə qədər müxtəlif futbol oyunları oynasam da, doğma liqamıza olan sevgim və marağım sayəsində "APL Fantasy" heyəcanına qoşuldum. ​Ölkə futbolumuzu bu formada daha da maraqlı edən, azarkeşlər arasında sağlam rəqabət yaratmaqla yerli liqaya olan marağı artıran bütün təşkilatçı heyətə dərin təşəkkürümü bildirirəm. Əməyinizə və gördüyünüz işə əhsən! ​Gələcək mövsümlərdə də bu cür uğurlu layihələrin davamını arzulayıram.
Bəli, Azərbaycan futbolu ilə yaxından maraqlanıram. Futbolumuzun həm zəngin tarixini, həm də bugünkü çempionat mübarizəsini, taktiki inkişafını və klubların Avropa аrеnаlarındakı çıxışlarını diqqətlə izləyirəm. Azarkeşi olduğum komanda "Neftçi"dir!
Mən 5-6 yaşımdan — idmanı, futbolu anlamağa başladığım ilk vaxtlardan bəri "Neftçi"nin oyunlarına baxıram. Bu, mənim üçün sadəcə bir futbol klubu deyil, uşaqlığımdan bəri qəlbimdə yer alan əsl ehtiras və həyat tərzidir. Ağ-qara rənglərə bağlanan insan üçün "Neftçi" böyük bir məktəb, zəngin ənənə və qürurdur. ​1966-cı ilin tarixi bürünc medalından tutmuş müstəqillik illərindəki çempionluqlara, Avropada ölkəmizi ilk dəfə qrup mərhələsində təmsil edən komanda olmağına qədər hər bir uğur bu klubu mənim üçün əvəzolunmaz edir. İllər keçsə də, o ilk günkü həyəcanla komandamın hər matçını izləməyə və dəstəkləməyə davam edirəm".

Qalibimiz heyət qurarkən üstünlük verdiyi məntiqi də açıqlayıb: 

"Oyunçuları seçərkən adlarına deyil, son həftələrdə göstərdikləri real performansa, fiziki formaya və komandadakı roluna diqqət yetirirəm". 

Beləliklə, siz də "Fanat.Az Liqası"na qoşulub futbol biliklərinizi nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və ən əsası, hər həftə qalib olaraq bizdən 50 manat mükafat qazanmaq şansı əldə edirsiniz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Odur ki, virtual futbol həvəskarlarını "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Avqust 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri