Icma.az
close
up
RU
Şabranda arvadı ilə münasibət qurmaq istəyən həmkəndlisini bıçaqladı TƏFƏRRÜAT

Şabranda arvadı ilə münasibət qurmaq istəyən həmkəndlisini bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şabran rayonunda 34 yaşlı kişinin qısqanclıq zəminində həmkəndlisi ilə etdiyi mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Amil kənd ərazisində yerləşən gölün kənarında həmkəndlisi Babaxan (adlar şərtidir – red.) ilə mübahisə edib. 
O, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qisas niyyəti ilə əynində olan gödəkçənin sağ yan cibindən bıçağını çıxararaq Babaxanı vurub. Sonra isə yumruqla da zərbələr yetirib. 
Hadisəni törədən Amilin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həmkəndliləri Babaxan onun arvadının mobil telefonuna bir neçə dəfə zəng etməsinə, tanış olmaq istədiyini deməsinə görə onunla arasında münasibətlər pozulub: “Daha sonradan Babaxan müxtəlif yollarla məndən üzr istəməyə çalışdı. Hətta atamdan onu bağışlanmağımı istədi və səhv olduğunu etiraf etdi. Buna görə də atam evdə olarkən Babaxandan əl çəkməyimi xahiş etdi. Bir müddət sonra digər həmkəndlim Arizin Babaxanla ara-sıra görüşdüyünü gördüm. Həmin vaxt mənim Babaxanla münasibətim yaxşı olan vaxtlarda Arizin bacısının dalınca danışması, onun bacısı üçün arzu olunmaz sözlər deməsi yadıma düşdü. Buna görə də məcbur olaraq Arizə sonradan bu barədə danışdım, Babaxandan uzaq olmasını xahiş etdim. Buna görə də Ariz məndən Babaxanın üzünə həmin sözləri deyə biləcəyim barədə soruşdu. Mən də buna etiraz etmədim. Bu səbəbdən də Ariz Babaxanla görüşməyə razılaşdı və məni də görüşə çağırdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 18:00-da Ariz Babaxana zəng edib və ona kənddə görüş təyin edib: “Ariz Babaxanla görüşdü və kəndin çıxacağında olan göl istiqamətinə getdi. Mən də Arizin sözü ilə onların arxasınca üzümə məxsus “Ford Tranzit’’ markalı avtomobil ilə getdim və olduqları yerə, gölün kənarına çatdım. Avtomobildən düşərək onlara yaxınlaşdım. Arizin Babaxanla durduğunu gördüm. Həmin vaxt Babaxan çox özündən razı, heç nə olmamış kimi dayanaraq mənə tərəf baxdı. Mən də Babaxandan nə baxdığını soruşdum. O, mənə söyüşlə cavab verdi, yaxşı etdiyini bildirdi. Bu vaxt aramızda mübahisə yarandı. Babaxan mənə tərəf yumuruq zərbəsi atdı. Zərbə mənim sol gözümün altına dəydi. Buna cavab olaraq mən də Babaxana bir dəfə yumuruq atdım. Lakin zərbəm dəymədi”. 
Amilin bildirdiyinə görə, daha sonra Babaxan ondan yapışıb, əlləri ilə boynunu sıxmağa başlayıb: “Babaxana gücüm çatmadığına görə cibimdə olan bıçağı çıxararaq ona xəsarət yetirəcəyim ilə onu qorxutmaq qərarına gəldim. Bu səbəbdən də əynimdə olan gödəkcənin sağ yan cibindən bıçağı çıxardaraq Babaxan tərəfə bir dəfə bıçaqla ataraq onun sifət nahiyəsindən xəsarət yetirdim. Bu vaxt Ariz araya girərək bizi sakitləşdirməyə çalışdı. Mən də əlimdəki bıçağı yerə atdımr. Həmin vaxt Ariz bıçağı götürərək bizi aralayaraq sakitləşdirdi. Sonra öz avtomobilimə oturaraq həmin yerdən evə getdim”. 
İş üzrə zərərçəkmiş Babaxanın sözlərinə görə, həmkəndlisi, yaşca ondan bir neçə yaş balaca olan Ariz adlı şəxs ona yaxınlaşıb, guya onun bacıları üçün pozğun  və əxlaqsız adlandırması barədə Amilin ona dediyini bildirib, bu barədə maraqlanıb: “Mən isə Amilə qulaq asmamasını, onun yalan deyərək mənə şər atdığını bildirdi. Buna görə də Ariz sakitləşdi və getdi. Lakin bundan az müddət keçdi və Ariz mobil telefon nömrəmə zəng etdi. Həmin sözlər barədə yenə də maraqlandı. Mən də həmin söhbətin Amil tərəfindən ara vurmaq üçün deyildiyini dedim. Buna görə də Ariz məndən Amil ilə üzləşməyimi xahiş etdi. Mən də etiraz etmədim. Ariz məni çağırdı, mən də görüşə getdim. Həmin yerə gəldikdə Amil idarə etdiyi “Ford” markalı avtomobildə əyləşmişdi. Mən də avtomobilinə çağırdı. Lakin Amilin maşını tərəfə getmədim. Amil mənə və Arizə söhbət etmək üçün bir az kənara getməyi dedi. Bizdə yavaş-yavaş kəndin içindən bir az qırağa çıxaraq göl tərəfə getdik. Ora çatdıqda Amil  maşından düşdü, əli cibində bizə tərəf gəldi. Arizlə aramızda olan söhbət zamanı Amil arxadan yaxınlaşarq baş nahiyəmdən bıçaqla vurdu. Daha sonra bıçaqla sifət nahiyəmdən vurdu. Üçüncü dəfə Amil məni bıçaqla vurmaq istəyərkən onun əlindən tutaraq sakitləşdirmək üçün yerə yıxdım. Onun üstünə oturaraq bıçağı əlindən aldım. Bu vaxt orada olan Ariz bıçağı məndən aldı, bizi sakitləşdirərək ayırdı”. 
Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən onunla barışıb. 
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Sentyabr 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see139

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see138

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see135

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see135

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see129

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri