Icma.az
close
up
RU
Arvadı evdən qaçdı, bacanağını bıçaqladı TƏFƏRRÜAT

Arvadı evdən qaçdı, bacanağını bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Füzuli rayonunda bacanaqlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1983-cü il təvəllüdlü Tahirin arvadı Sevda ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə səbəbindən qadın küsərək bacısının həyat yoldaşı Şəmsəddinin (adlar şərtidir – red.) yaşadığı evə gedib.
Tahir arvadının bacanağının evində qaldığına görə 2025-ci ilin iyunun 26-da, saat 21 radələrində onun Füzuli rayonunun qəsəbəsində yerləşən marketin qarşısında olduğunu öyrənib. O, idarə etdiyi “Ford Transit” markalı avtomobillə oraya gedib və Şəmsəddinlə görüşüb.
Həmin vaxt Tahir avtomobildən düşmədən bacanağı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqla Şəmisəddinin qulaq nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 
Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
Tahir ifadəsində göstərib ki, ailə üzləri ilə birlikdə yaşayır:
“2025-ci ilin iyun ayının əvvəlləri həyat yoldaşım Sevda ilə aramızda şəxsi münasibətlər zəminində yaşadığımız evdə sözlə mübahisə yarandı. Yoldaşım bacısı, həmçinin zərərçəkmiş Şəmsəddinin həyat yoldaşı Gülnargilin yaşadığı evə gedərək onlarla yaşamağa başladı. Şəmsəddinin mənim bacanağımdır, onunla aramızda hər hansı düşmənçilik və ya ədavəti olmayıb. Mən azyaşlı övladımı görmək üçün Şəmsəddinin yaşadığı evin çöl hissəsinə getdim. Baldızıma və bacanağıma həyat yoldaşım ilə aramızda olan söhbətlərə müdaxilə etməmələrini bildirdim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra həyat yoldaşı hələ də bacanağı Şəmsəddinin evində qaldığı üçün onunla görüşüb və söhbət etmək üçün iyunun 26-da, saat 19 radələrində onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edib, görüşmək istədiyini deyib:
“Şəmsəddin qəsəbəsi ərazisində yerləşən marketin qarşısında olduğunu bildirdi. Mən də bundan sonra idarə etdiyim avtomobillə ora getdim. Avtomobildən düşmədən Şəmsəddinə avtomobilə əyləşməsini, avtomobildə söhbət edəcəyimi dedim. O, isə avtomobilə əyləşmədi və mənim əyləşdiyim hissədən avtomobilə yaxınlaşdı. Şəmsəddinə həyat yoldaşım ilə aramızda olan mübahisələrə müdaxilə etməməsini bildirdim. Danışıqlar zamanı Şəmsəddinlə aramızda mübahisə yarandı. Həmin vaxt o, mənim ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman mən də onun ünvanına nalayiq ifadələr söylədim. Bu vaxt Şəmisəddin avtomobilin yan pəncərəsindən məni vurmaq istədim. Mən isə əlim ilə Şəmsəddinin sinəsindən tutaraq kənarlaşdırmaq məqsədi ilə itələdim. O, tez qardaşı Mahirə məxsus avtomobil istiqamətində getdi və avtomobildən yaba götürdü. Mən də mübahisəmiz davam etməməsi üçün avtomobili işə salaraq oradan uzaqlaşdım”. 
Təqsirləndirilən şəəxs əlavə olaraq bildirib ki, o zərərçəkmiş şəxsə qarşı bıçaqdan istifadə etməyib: “Ola bilər ki, Şəmsəddini itələyərkən başı maşının şüşəsinə dəyərək xəsarət alıb. Ona xəsarət yetirdiyimə görə əməlimdən peşmanam”.
Zərərçəkmiş Şəmsəddin ifadəsində göstərib ki, iyunun 6-da baldızı Sevda həyat yoldaşı Tahirlə aralarında mübahisə olduğuna görə azyaşlı övladı, həyat yoldaşı və bacısı ilə birgə yaşadığı evə gəlib, müvəqqəti olaraq onlarla yaşamağa başlayıb: “Mən də həyat yoldaşımın bacısı olduğu üçün onun evimdə qalmamasını demədim. Məlum hadisə günü Tahirə zəng edərək harada olduğumu soruşdu. Mən də qəsəbəsi ərazisində yerləşən marketin qarşısında olduğumu dedim. Tahir də onu gözləməyimi, yanıma gəldiyini bildirdi. Bir neçə dəqiqə sonra Tahir idarə etdiyi avtomobillə həmin yerə gəldi. O, avtomobildən düşmədən mənimlə söhbət etməyə başladı. Tahir həyat yoldaşının biz də qalmasını istəmədiyini dedi. Mən Tahirin spirtli içki içdiyini hiss etdim. Bu səbəbdən növbəti gün danışmağı söylədim”. 
Zərərçəkmişin sözlərinə görə, Tahir həmin vaxt avtomobilin qapısı örtülü vəziyyətdə içərisində olub: “Mən isə avtomobil yanında pəncərədən onunla söhbət edirdim. Bu vaxt Tahir barəmdə nalayiq ifadə işlətdi və mən də onun barəsində işlətdiyim nalayiq ifadəni onun özünə dedim. Tahir avtomobilin içindən yaxamdan tutaraq özünə çəkdi, bıçaqla sifət nahiyəmə zərbə endirdi. Bıçaq sol qulaq nahiyəmə dəyərək qulağıma xəsarət yetirdi. Bundan sonra Tahirin əlindən çıxan zaman yerə yıxıldım. Tahirin avtomobildən düşərək bıçaqla üzərimə hücum edəcəyini zənn etdiyim üçün tez qardaşıma məxsus, həmin yerə gəldiyi avtomobilə qaçdım, avtomobildə olan təsərrüfatda istifadə etdiyi yabanı götürdüm. Həmin vaxt Tahirin öz avtomobili ilə oradan uzaqlaşdığını gördüm. Mən də yabanı avtomobilə qoydum. Bundan sonra yaşadığım evə geri qayıtdım. Qulaq nahiyəmdən qan gəldiyi üçün həyat yoldaşım nə olduğunu soruşdu. Tahirin məni bıçaqla xəsarət yetirdiyini dedikdən sonra həyat yoldaşım Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək bu barədə məlumat verdi. Həmçinin özüm Füzuli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim”.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Mart 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri