Icma.az
close
up
RU
Şabranda “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib FOTOLAR

Şabranda “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib.

"Unikal" xəbər verir ki, düşərgə çərçivəsində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu düşərgənin əsas məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvlərinə, xüsusilə də övladlarına ictimai, sosial və mənəvi dəstəyin göstərilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin gücləndirilməsidir.

Həmçinin, xaricdə yaşayan azərbaycanlı uşaqlar ilə Ana Vətəndə təhsil alan şagirdlərin birgə düşərgə təcrübəsi onların Azərbaycan dili, tarixi və mədəniyyətinə bağlılığının gücləndirilməsinə, milli kimlik şüurunun möhkəmlənməsinə mühüm töhfə verəcək. Eyni zamanda bu cür layihələr gələcəkdə Azərbaycanın yeni diasporunun formalaşması, xaricdə yaşayan gənc nəsillə Vətən arasında davamlı və möhkəm əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün baş tutan düşərgənin açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, İkinci  Qarabağ müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində əvvəlki illərdə təşkil olunan düşərgələrə həsr edilən videoçarx nümayiş etdirilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, 23-29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək düşərgə ərzində iştirakçılar üçün maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər, yaradıcı məşğələlər və sağlamlıq yönümlü proqramlar təşkil olunacaq. Bu fəaliyyətlər uşaqların dünyagörüşünün genişlənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və komanda ruhunun formalaşmasına xidmət edəcək. Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri