Icma.az
close
up
RU
“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verildi FOTOLAR

“Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verildi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Diasporuna Dəstək Fondu, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış Qarabağ Məktəbləri” V Qış Düşərgəsinə start verilib.

"Unikal" xəbər verir ki, Moldovada yaşayan soydaşlarımızın övladları və Azərbaycanın qəhrəman şəhidlərinin övladlarının iştirakı ilə baş tutan düşərgənin açılış mərasimində çıxış edən Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bütün düşərgə iştirakçılarını salamlayıb və artıq ənənə halını alan bu layihənin tədbirin əhəmiyyəti barədə məlumat verib. Daha sonra çıxış edən "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova nitqində layihənin gerçəkləşdirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bütün düşərgə iştirakçılarına uğurlar arzulayıb. 

Layihənin ideya müəllifi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın övladlarını birləşdirən bu layihənin artıq 5-ci dəfə doğma Vətəndə keçirilməsindən böyük sevinc və qürur hissi keçirdiyini bildirib və layihənin gələcəkdə də eyni axarda davam edərək dünya azərbaycanlılarının həmrəyliyinə töhvə verəcəyinə ümid etdiyini qeyd edib.

Qeyd edək ki, 20-27 dekabr 2024-cü il tarixlərində keçiriləcək bu düşərgədə Azərbaycandan olan şəhid övladları və Moldovada yaşayan soydaşlarımızın övladları daxil olmaqla ümumilikdə 12-15 yaş aralığında olan 20 məktəbli iştirak edir. Düşərgə ərzində iştirakçılar müxtəlif istiqamətli peşəkar təlimlərdə iştirak edəcək, həmçinin Bakı şəhərinin tarixi-turistik məkanlarını ziyarət etmək şansı əldə edəcəklər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Dekabr 2024 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri