Icma.az
close
up
RU
Şabranın Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub

Şabranın Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şabran rayonunun Sincanboyad kəndində yüzlərlə sakin içməli su ilə təmin olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar Sincanboyad kəndində açılış mərasimi keçirilib.

Tədbirdə ADSEA sədrinin müavini İlqar Gülməmmədov, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, “Coca-Cola” şirkətinin Avrasiya və Orta Şərq üzrə İctimai Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev, “Eco Hub” MMC-nin nümayəndələri, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Bildirilib ki, kənddə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Layihə çərçivəsində uzunluğu 6 km olan su şəbəkəsi çəkilib və 222 abonent üçün ev birləşməsi təmin edilib. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təchiz olunub.

Qeyd edək ki, Sincanboyad kəndinin əhalisi 830 nəfərdir. Günlük 165 m³ su tələbatı yeni yaradılmış su təchizatı şəbəkəsi vasitəsilə tam təmin olunacaq. Layihə üzrə tələb olunan materialların tədarükü “Coca-Cola” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib, tikinti-quraşdırma işləri isə Regional Su Meliorasiya Xidməti tərəfindən icra olunub.

Bununla yanaşı, 2026-cı il ərzində Şabran şəhəri ərazisində Şabrançayda sel və daşqınlar zamanı zərər görmüş su və kanalizasiya şəbəkələrinin bərpası, eləcə də şəhərin tullantı su təmizləyici qurğular kompleksində əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Eyni zamanda 2026–2027-ci illərdə rayonun Qəndov kəndində mövcud su təchizatı sisteminin yenidən qurulması üçün layihə sənədlərinin hazırlanması və tikinti işlərinin icrası nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Şabran şəhərinin mövcud su təchizatı sistemi Şollar-2 magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərdə ümumilikdə 6 872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 km olan magistral su kəməri, 150 km daxili paylayıcı şəbəkə, 134 km kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutkalıq 10 000 m³ gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar olunur. Ümumilikdə rayon üzrə 23 yaşayış məntəqəsində 2 374 abonentə su təchizatı xidməti göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Yanvar 2026 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri