Icma.az
close
up
RU
Şabranın Xəlfələr kəndində selin uçurduğu körpü nə vaxt bərpa olunacaq? Açıqlama

Şabranın Xəlfələr kəndində selin uçurduğu körpü nə vaxt bərpa olunacaq? Açıqlama

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şabran, 27 aprel, AZƏRTAC

Şabranın Xəlfələr kəndində avtomobil və piyada körpüsünün sel sularının təsiri nəticəsində dağılması sakinlər üçün çətinlik yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kəndi iki yerə bölən Dəvəçiçayın üzərindəki körpülər mart ayında gələn sel nəticəsində tamamilə dağılıb. Hazırda kənddəki 20-dən çox evin sakinləri əks istiqamətə keçməkdə çətinlik çəkirlər. Həmin vaxt körpü ilə yanaşı, çayın kənarında yaşayan kənd sakinlərinin evlərinə və təsərrüfatlarına ziyan dəymişdi. Yerli qurumların köməyi ilə fəsadlar aradan qaldırılsa da, körpülər təmir olunmayıb.

Kənd sakini Mustafa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, körpülərin dağılması sakinlərin rayon mərkəzinə gediş-gəlişini çətinləşdirib.

“Kəndin yarısı çayın digər tərəfindədir. Körpülər dağılıb, çayın içindən keçməli oluruq. Valideynlər uşaqları qucaqlarında sudan keçirirlər. Əlaqədar təşkilatlara müraciət etmişik. Tezliklə körpülərin bərpa olunmasını istəyirik”,- deyə Mustafa Məmmədov söyləyib.

Sakinlər çayda suyun səviyyəsi qalxanda daha çox çətinliklə üzləşdiklərini bildirirlər.

Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini İlkin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib ki, Xəlfələr kəndində Dəvəçiçay üzərindəki körpünün qısa müddətdə təmiri ilə əlaqədar tədbirlərin icrası nəzərdə tutulub.

“Mart və aprel aylarında yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları Şabran rayonunun yol təsərrüfatına ciddi ziyan vurub. Sel Şabrançay və Dəvəçi çayı üzərindəki müxtəlif ölçülü 11 körpünü sıradan çıxarıb. Seldən sonra görülən işlər nəticəsində yollarda hərəkət bərpa edilib, müvəqqəti keçidlər qoyulub. Hazırda da həmin alternativ keçidlərdən istifadə olunur. Körpülərin əsaslı təmiri üçün Şabran RİH tərəfindən müvafiq dövlət qurumları ilə birgə işlər görülür. Artıq seldən zərər görən 11 körpüdən 5-i bərpa olunaraq istifadəyə verilib. Yaxın günlərdə Xəlfələr kəndindəki körpünün bərpası istiqamətində işlər həyata keçirəcək”, - deyə İlkin Ağayev vurğulayıb.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri