Icma.az
close
up
RU
Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir

Sabunçu rayonunda Vətən müharibəsi şəhidlərinin anım tədbirləri davam edir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlu, Quliyev İlkin Rəfail oğlu, Babayev Rəşad Ağabəy oğlu, Seyidov Əli Rahim oğlu, Sadıqov Rəsul Həşim oğlunun anım tədbirləri keçirilib.

İlk öncə şəhid polkovnik-leytenant Zaur Cəfərovun Hərbi Memorial Məzarlıqda məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub. Daha sonra Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında İlkin Quliyevin, Maştağa qəsəbəsi Şəhidlər Xiyabanında Rəşad Babayevin, Bülbülə qəsəbəsi Şəhidlər Xiyabanında Əli Seyidovun və Pirşağı qəsəbəsi Şəhidlər Xiyabanında Rəsul Sadıqovun məzarları ziyarət olunub, əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Anım tədbirlərində YAP Sabunçu Rayon Təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Maştağa qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Ramana qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, Bakıxanov bələdiyyəsinin sədri Ruhin Orucov, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və məktəbli şagirdlər iştirak ediblər.

Qeyd edək ki, Zaur Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunda anadan olub.  1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb. Hələ sağ ikən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" və “İgidliyə görə” medalları ilə təltif olunub. Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Azərbaycan ordusunun polkovnik-leytenantı Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, "Hərbi xidmətlərə görə" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İlkin Quliyev 15 aprel 2002-ci ildə Moskva şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 310 nömrəli tam orta məktəbdə orta təhsil alıb. 2020-ci il 10 oktyabr tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olub. 1998-ci ildə Nizami rayonu 109 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. 2006-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 25 iyul 2014-cü ildə N saylı hərbi hissədə “kiçik gizir” rütbəsində, 24 noyabr 2017-ci ildə  N saylı hərbi hissədə “gizir” rütbəsində xidmətini davam etdirib. Rəşad Babayev "Qüsursuz xidmətə görə" III dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”,  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”  və  “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif olunub.

Seyidov Əli 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Sabunçu rayonu, Ramana qəsəbəsi 90 nömrəli orta məktəbdə təhsil almağa başlayıb.  2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Sadıqov Rəsul  2001-ci ildə 3 martda Bakıda dünyaya gəlib. Tovuz hadisələrində könüllü olaraq döyüşlərə qatılıb. İkinci Qarabağ müharibəsində də könüllü kimi iştirak edib. 2020-ci il 10 oktyabrda Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri